525.Az

2020-ci ilin ən yaxşı markaları açıqlandı


 

2020-ci ilin ən yaxşı markaları açıqlandı <b style="color:red"></b>

Məşhur marketinq şirkəti “Interbrand”,  "Ən Yaxşı Qlobal Markalar Siyahısı" nın 2020-ci il üçün olan sıralaması açıqlayıb.

525.az xəbər verir ki, sözügedən siyahının ilk onluğunda texnologiya şirkətləri yerləşib. İlk üçlükdə “Apple”, “Amazon” və “Microsoft” şirkətləri yer alıb.

Postpandemiya dövründə daha da məşhurlaşan “Zoom” və elektrikli avtomobil istehsalçısı “Tesla” da siyahıda yer alıb. Həmçinin “Facebook”, “Instagram” və “Google”  və “Youtube” şirkətlərinin də adı var.

Əlavə olaraq “Amazon”, “Spotify” və “Netflix” siyahıda ən sürətli yüksələn markalar olaraq qeyd edilib.

Qeyd edək ki, sıralamaya görə, bu il Amerika şirkəti olan “Microsoft”, texnologiya nəhəngi olan “Google” şirkətini geridə qoyaraq ilk üçlüyə yüksəlib.

Natavan Abdullayeva

 





06.11.2020    çap et  çap et