525.Az

Bəhram Bağırzadənin Şuşa ilə bağlı kitabı çıxıb


 

Bəhram Bağırzadənin Şuşa ilə bağlı kitabı çıxıb<b style="color:red"></b>

Əməkdar artist Bəhram Bağırzadənin Azərbaycan dilində çoxdan gözlənilən "Uşaqlar üçün Şuşa" kitabı işıq üzü görüb. Ensiklopediya janrında olan kitabda Azərbaycanın dilbər guşəsi Şuşa haqda rəngli şəkillərlə birgə ətraflı məlumat verilib.

Bu barədə "525-ci qəzet"ə danışan müəllif deyib ki, bundan əvvəl həmin kitab rus dilində işıq üzü görmüşdü:

"Kitabın üç dildə çapı nəzərdə tutulmuşdu. Rus və Azərbaycan dillərində artıq nəşr olunub. İndi də ingilis dilində nəşrini hazırlayırıq. Çalışmışıq ki, bu kitabda uşaqlara Şuşa haqqında təməl bilgiləri aşılayaq. Kitabların satışından əldə olunan bütün gəlirlər Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüləcək. Bu da bizim Vətən müharibəmizə kiçik töhfəmiz olsun. Əsgərlərimiz görsünlər ki, onların arxasında on milyonluq böyük bir xalq dayanıb. Biz hamımız onlarlayıq".

Qeyd edək ki, B.Bağırzadənin "Parni iz Baku"dan olan məşhurluğu kitabın Rusiyada populyarlığını stimullaşdırır ki, bu da həqiqətlərin yayılmasında rol oynayır.

 





07.11.2020    çap et  çap et