525.Az

Jurnalist Xəzər TV-dən ayrılması barədə yayılan məlumatlara münasibət bildirdi


 

Jurnalist Xəzər TV-dən ayrılması barədə yayılan məlumatlara münasibət bildirdi<b style="color:red"></b> "Xəzər" Televiziyasından ayrılan Firuzə Qurbanlı bununla bağlı açıqlama yayıb. 525.az-a daxil olan məlumatda jurnalist bəzi media orqanlarında yayılan məlumatı təkzib edib:

“Bəzi xəbər saytlarında mənim Xəzər TV-dən çıxmağımla bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil. 6 ilə yaxın bir müddətdə, "Xəzər Xəbər"də çalışdım. "Xəzər Xəbər" mənim üçün ikinci ailə olub və bu hər zaman belə qalacaq. 5 il o bayraq altında xəbər təqdim etmişəm. Ordan çıxmağıma səbəb isə qətiyyən münaqişə deyil. Sadəcə bir jurnalist olaraq "TRT"nin Bakı təmsilçiliyindən gələn təklif mənə daha perspektivli göründü. Türkiyə kanallarında çalışmaq mənim uşaqlıq arzum olub. Xəzər TV ilə münasibətlərim isə hələ də davam edir. İki qurum arasında əməkdaşlıq var. Sadəcə bir doğma qurumdan digərinə keçdim”
 





07.02.2014    çap et  çap et