"Xəzər Lənkəran" - "Neftçi" oyununun telekanallardan yayımlanması ətrafında Bakı təmsilçisinin ittihamlarıma cənub klubundan cavab gəlib.
"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun ANS PRESS-ə verdiyi açıqlamasında "Neftçi"dəki həmkarı Gündüz Abbaszadənin dediklərini təkzib edərək bildirib ki, klub rəhbərliyi yayım hüququnu heç kimə verməyib: "Mövsüm başlayandan biz bunu bəyan etmişik. Təkcə "Neftçi" ilə oyun deyil, bütün ev oyunlarımızın heç biri yayımlanmayıb. İstənilən telekanalı bizim oyunumuzu azarkeşlərə təqdim edə bilər. Lakin bunun üçün həmin kanal bu hüququ klubdan satın almalıdır.
“Xəzər Lənkəran” peşəkar klubdur. Bütün dünyada belə qəbul olunub ki, klub yayım hüququnun müqabilində gəlir əldə edir. Bizdə də bu cür olmalıdır. Yayım klubun məhsuludur. Məhsulu müqabilində klub gəlir götürməlidir".
Qeyd edək ki, "Neftçi" klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Lənkərandakı qarşılaşmanın canlı yayımlanmamasına görə, "Xəzər Lənkəran" rəhbərliyini ittiham etmişdi.
çap et