525.Az

Sahibə Qafarova: "Azərbaycan Ordusu Şuşanı Ermənistanın 3 onillik işğalından azad edib"


 

Sahibə Qafarova: "Azərbaycan Ordusu Şuşanı Ermənistanın 3 onillik işğalından azad edib"<b style="color:red"></b>

Milli Məclisin sədri Sahibə Qafarova Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı “Twitter” hesabında paylaşım edib.

525.az-ın məlumatına görə, parlamentin sədri paylaşımında qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Şanlı Ordusunun tarixi mədəni paytaxtımız olan Şuşanı işğalçı Ermənistanın 3 onillik işğalından azad etdiyini bildirib.

Milli Məclisin sədri xalqı bununla bağlı təbrik edib.

 





08.11.2020    çap et  çap et