525.Az

Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - Video


 

Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - <b style="color:red">Video</b>

Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunu Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Müdafiə Nazirliyindən 525.az-a bildirilib ki, bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.




 





09.11.2020    çap et  çap et