525.Az

Əziz Şuşa, Biz qayıtdıq!!! - Təranə Arifqızı


 

Əziz Şuşa, Biz qayıtdıq!!! - <b style="color:red">Təranə Arifqızı </b> ƏZİZ ŞUŞA, BİZ QAYITDIQ!!!

Dağlarından qara duman çəkildi,
Gözlərimdən həsrət yaşla töküldü,
Ürəklərdə Xarı bülbül əkildi,
Əziz Şuşa, biz qayıtdıq, qayıtdıq!

Bütövləşdik ürəkdə yumruq kimi,
Xilas etdik biz səni Simurq kimi,
Kirs də bizim Murov kimi, Tuğ kimi,
Əziz Şuşa, biz qayıtdıq, qayıtdıq!

Koroğlu cəngisi çaldı Üzeyir,
Xan qızım da vüsal nəğməsi deyir,
Gəl Cıdır düzünə, biz edək seyr,
Əziz Şuşa, biz qayıtdıq, qayıtdıq!

Yaralandıq, əyilmədik, sınmadıq,
Otuz ildə Qarabağı danmadıq,
Alov aldıq, kül olmadıq, yanmadıq,
Əziz Şuşa, biz qayıtdıq, qayıtdıq!

Sarınacaq yaraların telimlə,
Arınacaq hər qarışın əlimlə,
Daranacaq bulaqların gülümlə,
Əziz Şuşa, biz qayıtdıq, qayıtdıq!

Üçrəngli bayrağım Qala başında,
Çöhrəm güldü gözlərimin yaşında,
Əsgər tarix yazdı Qala daşında,
Əziz Şuşa, biz qayıtdıq, qayıtdıq!

Havalanır Xan əminin gur səsi,
Qəlb oxşayır Qarabağ şikəstəsi,
Azərbaycan gülüb ürəkdən desin:
Əziz Şuşa, biz qayıtdıq, qayıtdıq!

Qarabağ bizimdir! Nida! Qayıtdıq!
Sənsiz günə etdik vida, qayıtdıq,
Birdəfəlik gözəl yurda qayıtdıq,
Əziz Şuşa, biz qayıtdıq, qayıtdıq!!

                                                       

 

 

 

 

 





09.11.2020    çap et  çap et