525.Az

Yalan, aldatma, məkr və hiyləgərlik (davamı)


 

Yalan, aldatma, məkr və hiyləgərlik <b style="color:red">(davamı)</b>

Dələduzun rəngarəng yalan axınında həqiqətin bircə damlasına da rast gəlmək mümkün olmur. Bir qayda olaraq həqiqətə nifrət edənlər daha çox yalan danışırlar. Yalan kabusu heç qorxu hissi yaratmamalıdır. ABŞ-ın görkəmli dövlət xadimi böyük demokratı Tomas Ceffersonun dediyi kimi, “Həqiqətdən dəhşətə gəlməyən yalandan heç qorxmamalıdır”.

 

Yalan nadir hallarda şər məqsəd güdülmədən, ondan hansısa fayda umulmadan istifadə edilir. Yalan çox hallarda məkrə, aldatmaya xidmət edir, hiyləgərlik  silahı kimi çıxış edir.

 

Məkr insanın xüsusiyyətidir, kələk gəlmək, hiylə şər məqsədlərə, əməllərə meyl etmək, bunlar adətən zahirən xoş münasibətlər bəslənməsi ilə ört-basdır edilir, belə niyyətlərlə xarakterizə olunan davranışın məcmuudur. Məkr hətta ünsiyyətdə təhlükə mənbəyi olur gizli düşməncəsinə münasibətlərin mövcudluğunu vaxtındaca müəyyən etməyə imkan vermir, lakin onlar sonralar gözlənilmədən aşkara çıxır. Başqa sözlə dedikdə, məkr buna xidmət edən insanların əməlidir.

 

Ədəbiyyatda incəsənətdə çox vaxt məkrli adamlar ağır halların, faciələrin baş verməsində mühüm rol oynayırlar. Fransız yazıçısı Fransua RableninQarqantua Partaqruelromanında həqiqət axtaran Panurq yalançı xəsis taciri cəzalandırmaq istəyir. Gəmidə ölkəsində satmaq üçün qoyun sürüsü aparan tacir öz qoyunlarını Yasonun arqonavtlarının axtardığıqızıl yunverən qoyunlarla müqayisə edir, Fransada onları çox baha qiymətə satacağını bildirir. Panurq tacirdən üç livrə bir qoyun aldı onu dənizə atdı, onun arxasınca digər qoyunlar mələşib özlərini dənizə tullayırdılar. Tacir dözməyib, onları saxlamağa çalışdı, nəhayət, iri bir qoyundan yapışdı ki, buna son qoysun. Həmin qoyun isə özu ilə birlikdə taciri sürüyüb, dənizə atdı. Axı hələ Aristotel qoyunu ən səfeh heyvan adlandırmışdı. Palurq yalançı özündən razı taciri belə qəddarlıqla cəzalandırdı.

 

İngilis dramaturqu Uilyam ŞekspirinOtellopyesində Yaqonun məkri nəticəsində təkcə qısqanc mavrın məhəbbəti  deyil, həm bütün ürəyi ilə sevdiyi Dezdemona onun qətlə yetirməsi nəticəsində məhv oldu. Viktor HüqonunSəfillərromanında Tenardye pul qazanmaq xatirinə hər cür alçaq məkrə hiyləgərliyə əl atır, ona xeyirxahlıq edənlərə pislik etməkdən çəkinmir. Digər romanı olanParis Notr-Dam kilsəsində keşiş Klod Frollo din xadimi olduğu halda qısqanclıqdan yaranan nifrətinə, məkrinə görə cinayətlərə əl atmaqdan çəkinmədiyi halda, onun tam əksi olan Kvazimodo isə eybəcərliyinə görə insana bənzəməsə (onun adı dasaxta, həqiqi olmayan insansözündən əmələ gəlmişdir) həyatı boyu xeyirxahlıq toxumu səpməyə çalışır, daim tam insanlıq xüsusiyyətləri nümayiş etdirir.

 

Yapon yazıçısı AkutaqavanınXristianın ölümüadlı hekayəsində Naqasakidə xristian kilsəsindəki Lorentso adını götürmüş gənc yapona bir tacirin qızı vuruldu. Qız Lorentsonu hər vəchlə ələ keçirməyə can atırdı.. Avropalı keşiş oğlandan onun qızla yaxınlığı barədəki şayiələr haqqında soruşanda, o, bildirdi ki, belə şey olmamışdır ola da bilməz. Bir həftə sonra söhbət gəzməyə başladı ki, çətir tacirinin qızı hamilədir. Bundan sonra Lorentsonu kilsədən xaric etdilər o, şəhərin kənarında məskunlaşdı dilənçi həyatı sürməyə başladı. Lorentso kilsədən çıxarıldıqdan sonra tacirin qızının qızı oldu. Sərt xasiyyətli atası öz ilk nəvəsini sevirdi. Bir il daha keçdi. Gözlənilməyən bədbəxtlikdəhşətli yanğın baş verdi. Naqasakinin yarısı bir gecəyə bütünlüklə yandı. Atası qızı ilə  küçəyə atıldı, yalnız bu vaxt onlar körpəni yadlarına saldılar. Heç kəs uşağı xilas edə bilmirdi. Qəflətən Lorentso irəli, alovlanan divarın arxasına cumdu. Adamlar güman edirdi ki, valideyn sevgisi onu buna məcbur edir. Bu vaxt əlləri üstündə körpə olan Lorentso göründü o, elə həmin dəqiqəcə gözdən itdi. Gənc qadın atası sevinclərini gizlədə bilmirdilər. Lakin həmin gecənin faciəli əhvalatları bununla bitmədi. Nəfəsi kəsilən Lorentsonu kilsənin yanına gətirib qoydular. Qız ağlaya-ağlaya keşişə etiraf etdi ki, Lorentso dini inamına görə mənimlə soyuq davranırdı. Qəzəbdən mən uşağımın ondan olduğunu dedim ki, ondan qisas alım. Lorentso isə günahına görə mənə nifrət etmədi, təhlükəyə baxmadan qızımı od cəhənnəmindən çıxardı.

 

Lorentsonun saçları, dərisi möhkəm yanmışdı, qolları qılçaları hərəkət etmirdi. Keşiş birdən öz ayağının altında uzanmış Lorentsoya diqqətlə baxdı. Onun yanaqlarından yaş axırdı. Yanmış paltarın altından iki təmiz bakirə qız döşləri görünürdü. Deməli Lorentso qız imiş. Onun sonrakı həyatından heç məlum deyildi. Axı mənası vardır? İnsanın həyatında ən qiymətli şeykönlün təkrarolunmaz ali hərəkətidir. Tacirin qızı isə ona böhtan atmaqla böyük haqsızlığa yol vermişdi.

 

Azərbaycan yazıçısı Süleyman RəhimovunMehmanpovestindəki Qaloşlu adam obrazı xalq dilində məkrliliyin, xəbisliyn simvoluna çevrildi. İyrənc hərəkətlərə yol verənlər onun adı ilə adlanırdı. Mənəvi törəmələri isə imkan düşən kimi onun nümunələrindən ilhamlanıb, Qaloşlu adam kimi hərəkət edirlər. Çox güman ki, onlardan heç kəs yunan mifologiyasındakı Atrid lənətindən uzaq qaça bilməyəcəkdir.

 

 

Bibliyada təsvir olunan

 

aldatma məkr hadisələri

 

 

Sivilizasiyaya qədəm qoyan xalqlar qədim ibtidai əcdadlarından fərqli olaraq yalandan bol-bol istifadə etməklə öz məqsədlərinə çatmağa, problemlərini həll etməyə nail olurdular. Təəssüfə səbəb olan bir hal ondan ibarətdir ki, bəzən hətta müqəddəs sayılanlar, özünü Allahın seçilmiş elan etdiyi xalqın peyğəmbərləri adi bir problemlə üzləşdikdə yalana əl atmaqdan çəkinmirdilər. Yalanın, aldatmanın güclü bir silah kimi istifadə edilməsinə aid hadisələrə Bibliyada tez-tez rast gəlinir. Burada ilk hiyləgərlik, məkr simvolu kimi ilan göstərilir. İlk iki insandan biri olan Həvvanı ilan yoldan çıxarıb, onu nəyin xeyir şər olduğunu bildirən ağacın meyvəsini yeməyə şirnikləndirdi, Allahın göstərişinə tabe olmaqdan yayındırdı. Allah bunu onlara qadağan etmişdi meyvəni yeyənin mütləq öləcəyini demişdi. İlan isə bildirdi ki, siz həmin meyvəni yesəniz ölməyəcəksiniz, çünki Allah bilir ki, siz bu meyvəni yesəniz, onun özünə bənzəyəcəksiniz nəyin xeyir, nəyin şər olduğunu biləcəksiniz. Qadın bu ləzzətli meyvəni daddıqdan sonra ərini dilə tutdu ki, onu yesin. Bu vaxt onlar çılpaq olduqlarını anlayıb, əncir yarpaqlarını tikib, onunla bədənlərini örtdülər. Allah bunu gördükdə qadın öz günahını etiraf etdi, həmin meyvəni yemək üçün ilanın onu aldatdığını bildirdi. Beləliklə, ilk günaha batma baş verdi.

 

Allah onları cəzalandıracağını bildirdi hökmünü elan etdi. İlan bütün heyvanlardan fərqli olaraq bu lənəti ömrü boyu daşımalı idi. Həmin vaxtdan etibarən ilan qarnı üstündə sürünəcəkdi. Qadının ilanın törəmələri isə daim bir-birinə düşmən olacaqdı. Qadının hamilə vaxtı narahatlığı artacaq o, uşaqlarını ağrı ilə müşayiət olunmaqla doğacaqdı, həm daim ərinə tabe olacaqdı. Kişi isə bütün ömrü boyu özü üçün qida istehsal etməkdən ötəri ağır zəhmət çəkəcək, onun alın təri torpaqda hər şeyi istehsal etməyə imkan verəcəkdir.

 

Allah icazə verə bilməzdi ki, həyat verən ağacın meyvəsini onlar yesinlər əbədi yaşasınlar. Ona görə Sahib Allah Adəm Həvvanı Edem bağından qovdu. Bəşəriyyətin ilanın hiyləsinə uyan əcdadları ilk günaha batdıqlarına görə Allahın hiddətinə səbəb olmaqla, beləcə cəzalandırıldılar.

 

Təəssüf ki, sonralar da müqəddəs insanlar düşdükləri çətinliyə görə yalana, aldatmaya əl atmaqdan çəkinmədilər. Xanaanda baş verən aclığa görə Abram Misirə üz tutmalı oldu. O, Misir ərazisinə daxil olarkən arvadı Saranın gözəlliyinin onlara bədbəxtlik gətirəcəyini güman etdiyindən, ona dedi ki, əgər sənin mənim arvadım olduğunu başa düşsələr, məni öldürəcək, sənin isə yaşamağına imkan verəcəklər. Onlara de ki, bacımsan, bu vaxt onlar mənə yaşamağa imkan verməklə, həm yaxşı münasibət göstərəcəklər.

 

Misirlilər həqiqətən onun arvadının çox qəşəng olduğunu görüb, bünü çara xəbər verdilər. Beləliklə, qadın çarın sarayına götürüldü. Çar qadınla yaxınlığına görə Abramla yaxşı davrandı ona qoyun, qaramal sürüsü, qullar dəvələr verdi.

 

Lakin çar Sara ilə intim yaxınlıq etdiyinə görə Sahib ona xalqına dəhşətli xəstəliklər göndərdi. Çar Abramı tapdırdı, onun niyə belə hərəkət etdiyinin Saranın öz arvadı olduğunu deməməsinin səbəbini soruşdu: “Nəyə görə onun sənin bacın olduğunu dedin buna görə mən onunla öz arvadım kimi davrandım”. Arvadını çar ona qaytardı çıxıb getməsi barədə göstəriş verdi. Abram arvadı bütün mülkiyyəti ilə birlikdə Misiri tərk etdi.

 

Abrahamın (Abram artıq belə adlanırdı, çünki Allah vəd etmişdi ki, o, bir çox millətlərin əcdadı olacaqdır. Abraham isə yəhudi dilindəçoxlu millətlərin əcdadıkimi səslənir) oğlu İsaak Rebekka ilə evləndikdən sonra onların ekiz oğlanları oldu. Körpələr doğulmamışdan əvvəl analarının bətnində bir-birilə mübarizə aparırdılar. Qadın bundan narahat olduqda, Sahib ona bildirdi ki, sənin bətnində iki millət var, sən iki rəqib xalqa həyat verəcəksən. Onlardan biri digərindən güclü olacaqdır kiçik uşaq ondan böyük olana xidmət edəcəkdir. Qadın doğanda birinci körpə kürən olmaqla, onun dərisi tüklü kürkə bənzəyirdi. Ona görə onu Eseyyəhudi dilində bu söztüklümənasını verir, – adlandırdılar. İkinci körpə isə Eseyin dabanından möhkəm yapışıb doğulmuşdu. Ona görə onu yəhudi dilindədabanmənasını verən Ceykob adlandırdılar.

 

Oğlanlar böyüyürdülər. Esey fərasətli ovçu idi, çöllərdə keçən həyatı sevirdi. Ceykob isə sakit adam olmaqla evdə qalırdı. İsaakın Eseydən xoşu gəlirdi, çünki onun övladığı heyvanların ətini yeməkdən həzz alırdı, Rebekka isə Ceykobu daha çox sevirdi.

 

Bir dəfə Ceykob lobya şorbası bişirmişdi, Esey isə bu vaxt ovdan qayıtmışdı. O, ac idi qardaşından ona yeməyə bir şey verməsini xahiş etdi. Ceykob isə ona dedi ki, əgər ilk doğulan oğulun hüquqlarını mənə versən, bunu edərəm. Esey bununla razılaşdı, çünki acından ölürdü, bir ki, onun hüquqları bu vaxt ona verə bilərdi? Esey and içib, öz hüquqlarını Ceykoba verdi. Bundan sonra qardaşı ona bir az çörək şorba verdi. Beləliklə, Ceykob qardaşının zəifliyindən istifadə edib, hiyləgərliklə onun hüquqlarını mənimsədi.

 

İsaak qocalanda kor olmuşdu. O, öz böyük oğlu Eseyi çağırtdırıb ona dedi ki, görürsən ki, mən qocalmışam tezliklə öləbilərəm. Nizəni oxunu götür, ölkənin içərilərinə keç mənə bir heyvan vur gətir. Ondan dadlı xörək bişir mənə ver. Onu yedikdən sonra, ölümümdən əvvəl sənə öz xeyir-duamı verəcəyəm.

 

İsaak oğlu Eseylə belə söhbət edəndə, Rebekka bunları eşidirdi. Esey ova gedəndə o, Ceykoba atasının böyük qardaşına dediyi sözləri söylədi. Sonra isə davam edərək dedi ki, mənə qulaq as desəm, onlara əməl et. Sürüyə get iki kök cavan keçini tutub gətir. Mən onlardan atanın xoşu gələn xörək hazırlayacağam. Sən xörəyi ona apararsan o, ölməmişdən əvvəl sənə xeyir-dua verəcəkdir.

 

Ceykob isə anasına dedi ki, axı sən bilirsən ki, Eseyin dərisi tüklüdür, mənim dərim isə hamardır. Əgər atam mənə toxunsa, onu aldatdığımdan hali olacaqdır. Bu yolla mən xeyir-dua əvəzinə lənətlənə bilərəm. Anası isə ona cavab verdi ki, qoy sənin lənətin mənə gəlsin, mən demişəmsə onları et get keçiləri mənə gətir. O, keçiləri tutub anasına gətirdi Rebekka ərinin xoşladığı xörəyi bişirdi. Sonra oğluna Eseyin ən yaxşı paltarını geyindirdi. Onun qolunun üstünə boynunun tüksüz hissinə keçi dərilərini qoydu. Çörəklə birlikdə bişirdiyi ləzzətli xörəyi ərinə göndərdi.

 

Ceykob atasının yanına gələndə atası onun hansı oğlu olduğunu soruşdu. Ceykob cavab verdi ki, sənin böyük oğlun Eseyəm, demişdinsə, onu da etdim. Xahiş edirəm otur gətirdiyim əti bir qədər ye ki, mənə öz xeyir-duanı verəsən. İsaak soruşdu ki, bəs necə oldu ki, sən bunu belə tez tapdın. Ceykob cavab verdi ki, sənin Allahın olan Sahib onu tapmaqda mənə kömək etdi. Ceykoba dedi: “Yaxın gəl ki, mən sənə toxuna bilim. Sən həqiqətənmi Eseysən?” Ceykob ona yaxınlaşdıqda, atası ona dedi: “Sənin səsin Ceykobunkuna bənzəyir, lakin əllərin Eseyin əllərinə oxşayır”. O, Ceykobu tanımadı, çünki onun əlləri Eseyinki kimi tüklü idi. Atası ona xeyir-dua vermək istəyəndə, yenə soruşdu: “Sən həqiqətən Eseysən?” “Mənəm” – deyə o, cavab verdi.

 

 

(Ardı var)
 





10.02.2014    çap et  çap et