|
|
|
|
Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib.
525.az-ın Trend-ə istinadən məlumatına görə, bu, Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və TƏBİB-in dəstəyi ilə reallaşıb.
Bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan həkimlərimiz və həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə ölkəmizə 1 tondan çox tibbi ləvazimat göndərilib.
Qeyd edək ki, 1 ay öncə də cəbhədəki hərbçilərimizə xidmət göstərmək üçün 45 həkim Azərbaycana gəlib.