525.Az

Şəkidə 73 yaşlı kişi özünü asıb


 

Şəkidə 73 yaşlı kişi özünü asıb<b style="color:red"></b>

Şəkidə 73 yaşlı kişi intihar edib.

Şəki şəhər-rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Şəki şəhəri, Tolstoy küçəsi ev 47 ünvanında  qeydə alınıb.
 
Şəki şəhər sakini, 1941-ci il təvəllüdlü Cəlilov Adil Cəlil oğlu özünü yaşadığı evin  həyətyanı sahəsindəki ağacdan asaraq intihar edib.
 
İntihar səbəbləri məlum deyil.
 
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.             

 





10.02.2014    çap et  çap et