525.Az

“Kitab oğrusu”: savaş alovları arasında ümid qığılcımı


 

“Kitab oğrusu”: savaş alovları arasında ümid qığılcımı<b style="color:red"></b>

Markus ZusaklatanışlığımonunThe Messenger” (“Elçi”, türkcə nəşrindəHiç kimse sıradan deyildir”) kitabıyla başlayıb. Orijinaldan oxumasam da, o qədər asan sadə, axıcı dili vardı ki, onun oxumadığım kitablarına marağım yaranmışdı. Yazıçıya şöhrət gətirən kitabıKitab oğrusunun elektron variantını yenicə oxumağa başlamışdım ki, bestsellerin filmə çevrildiyi xəbərini oxudum. Bakıdakı kinoteatrlarda da nümayiş olunanKitab oğrusuna internetdə baxdım. bir daha əmin oldum ki, Markus Zusak gələcəkdə ən önəmli klassiklərdən sayılacaq. Kitabından çox da fərqlənməyən film bəzi duyğuları olduğu kimi çatdıra bilməsə , sözlərin yerinə danışan güclü aktyor oyunu bütün hiss-həyəcanı tamaşaçıya hiss etdirir.

Müharibə filmlər

Dünya müharibələri, alman-yəhudi, faşizm, kommunizm problemləri haqqında məşhur filmlər az deyil. Hər birinin öz yeri unudulmaz səhnələri var. “Şindlerin siyahısı”, “Pianoçukimi filmlərə musiqini real hadisələri əlavə etsək, dünya kinosunun şedevrlərinin az olmayan payı müharibə mövzusuna düşür. Məncə, “Kitab oğrusuda bu siyahıya adını yazdırmağı bacardı. İki saatdan bir az çox davam edən filmdən xəbərin olmadanzərbəalırsan, müharibənin acısını, gətirdiyi aclığı, ölüm qorxusunu qoxusunu hiss edirsən. Müharibə insanlığın arxa planda qaldığı, unudulduğu, yalnız silahların siyasətin danışdığı bir zamandır. Filmdə yəhudilərin qırğınına aid xüsusi səhnə yoxdur, digər müharibə filmlərindən fərqli olaraq savaşın dəhşətini silahların alovların üzərindən deyil, insan taleyindən görürsünüz.

EPİZOD: Filmin qəhrəmanının alman atası qonşudakı yəhudini aparanlara etiraz edərkən əsgərlər onu itələyib yıxırlar. Sonra qızcığaz bu barədə evlərində gizlətdikləri yəhudi Maksdan soruşur:

“- Axı, o etdi ki?
Heç bir şey, sadəcə, insanlara insanlığını xatırlatmaq istədi”.

Film , kitab da ölümün yaxud, bizim təbirimizcə desək, Əzrayılın diliylə anladılır. Ölüm müharibəni ən böyük qazancı hesab edir.  Müharibəyə gedənlər vətənlərini, ailələrini qorumağa getdiklərini zənn edirlər, ancaq əslində, onlar ölümün qucağına qaçırlar.

Balaca ümid simvolukitab oğrusu Lizel

Filmin ilk epizodları... Lizelin anası siyasi təqiblərə məruz qaldığı üçün balaca oğlunu qızını yeni ailəyə vermək qərarına gəlir. Lakin elə qatarda ikən oğlan ölür anasından ayrı düşməyın acısından azad olur. Ölüm Lizellə ilk dəfə qarşılaşır... Qardaşını yol üstündə adsız bir qəbirstanlıqda dəfn edərkən qəbirqazanın cibindən düşən kitab Lizeli ilk oğurluğa sövq edir. Oxumağı bacarmayan bir qız oxumaq üçün kitab oğurlayır...

Lizel yeni ailəsinə qovuşur... Burdakı ailəsinə az sonra isnişən qız yazıb oxumağı bilmədiyi üçün məktəbdə lağa qoyulur. Beləliklə, “kitab oğrusuyeni atasıyla bir yerdə hərfləri sözləri öyrənməyə başlayır. İlk oxuduğu kitabMəzarçılar üçün bildirişolur. Dövlətlər yıxılıb, yeni dövlətlər qurularkən, adətən köhnə yazılanlar silinir hər şey yenidən yazılır. Eləcə , Hitler Almaniyasında intellektuallığı bir xəstəlik hesab edən faşistlər kitabları yandırmaq qərarına gəlirlər. Münxendə əhali əllərinə keçən bütün kitabları meydanda tonqala atır, cəhalətin üzünə qapılarını taybatay açırlar. Balaca Lizel isə hər kəs getdikdən sonra bir kitabıxilas edibpaltosunun altında gizlədir... Tarixə nəzər saldıqda yandırılan kitabxanalar, kitablar, əlyazmalar, qadağan olunmuş əsərlərin az olmadığını görərik. Bəlkə bu gün cəhalətin tam cənginə düşməməyimizin səbəbi hər kitab yandırılan tonqallardan xilas olunan kitablar, onları xilas edənLizellərdir. Bəlkə , kim bilir, kitablar heç yandırılmasaydı, cəhalət savadsızlığın kökü kəsilərdi...

Sonra bələdiyyə müdirinin evindəki kitabları görəndə qəhrəmanımızın sevincdən az qalır ürəyi partlasın. Bir müddət ordakı kitabları oxuyan qızcığaz müəyyən səbəblərdən kitabları oğurlayıb oxumaq məcburiyyətində qalır. Etiraf edim ki, uşaq vaxtı mən kitab oğurlamışam. Kitablarıməndən başqa onların qədrini heç kim bilmirdeyə düşündüyüm üçün oğurlayırdım. Qohumlardan, qonşulardan... Oğurladığım kitabları da heç vaxt kitab şkafımda bərk-bərk qoruyub saxlamazdım. Oxumaq istəyənlərə verirdim. Ancaq sovet dövründə çap olunan kitabların 17-ci səhifəsini ya qaralayırdım, ya da aşağısını kəsirdim, çünki həmin səhifədə aid olduğu qurumun, kitabxananın möhürü olurdu. Amma bu kitab oğurluqları heç Lizelin oğurluğu qədər həyatımı təhlükəyə atmırdı...

Kitabları oxumağı öyrənən Lizel bizə Bernard ŞlinkinQiraətçisini xatırladır. Hər ikisi müharibəni göstərmədən onun fəsadları haqqında roman filmdir, qəhrəmanlar aclığın, müharibənin qorxunun içində kitablara maraq göstərir. Burda kiçik bir ironiya var. Adolf Hitler sözlərin kitabların köməyi ilə hakimiyyətə gəlmişdi. Eyni zamanda sözləri cümlələri gözəl ifadə edə bildiyi üçün Almaniyanın yarıdan çoxunu özünə inandıra bilmişdi. Ancaq Markus Zusakın qəhrəmanı sözləri oxuduğu kitabları ilə sevdiyi insanlara kömək etməyə çalışır. Kitablardan ətrafında baş verən hadisələri anlamağa başlayır, ancaq öz uşaq düşüncəsiylə Hitlerə bir səbəblə nifrət edir, anasını onun əlindən aldığı üçün...

Lizelin əsl anasına yazdığı, lakin heç vaxt ona çatmayacaq məktub: Əziz anam, bu gün Fürerin (Hitlerin) doğum günüdür. Kaş ki, mənim doğum günüm olaydı, bəlkə o zaman gəlib məni görərdin. Rolunun öhdəsindən gəlməyi bacaran 14 yaşlı kanadalı aktrisa Sofi Neliz bundan əvvəlCənab Lazarfilmində məktəbli Alisa rolunu oynayıb.

Dostu həmyaşıdı Rudi (Nico Lierş) xarakterinə görə filmin ən maraqlı obrazlarındandır. Rudiyə azyaşlılar üçün xüsusi təlim tədris mərkəzinə çağırış gəldikdə Lizelə deyir Böyümədən ölmək istəmirəm”... Rudi Lizelin  kitab oğurladığını görüb: “Heç ağlına gəlmir ki, mətbəxə baxasan? Biz burda acından ölürük” –deyir. Balaca alman uşaq dünyanın ən sürətli qaçan insanı olmaq istəyir. Onun qaçış səhnəsi Tom Henksin oynadığıForest Qampfilmini xatırladır. Lakin Rudi üzünü gözünü qaraya boyayıb kumiri kimi zənci olunca daha sürətli qaçacağını fikirləşir. Atası buna etiraz edəndə isə uşaq ağlıyla zəncilərdən niyə nifrət edildiyini anlamır. Məhəllədə özündən böyük olanlardan fərqli olaraq onun dünyası hələ rənglərə, millətlərə dinlərə bölünmür...

Allah ikinizi öldürsün:səni , Hitleri ...”

Filmin dramatik daha ağır hissələrini Hans Roza ifa edir. Cofri Ruş Emili Uatsonun oynadığı ər arvad rolu klassik nazi Almaniyası haqqında çəkilən filmlərdəki ailələrdən fərqlidirlər. Onlar üçün millətçilik, dövlətçilik anlayışından irəlidə insanlıq gəlir, evlərində gizlətdikləri yəhudini alman zabitlər taparsa, həyatlarının sonu gələcək.

Cofri RuşKralın nitqifilmindəki obrazından sanki çıxmayıb. Hətta deyərdim ki,  oynadığı Hans obrazı o qədər sakit, səbrli nəcibdir ki, adama elə gəlir ki,  kral rolunu davam etdirir. Ancaq zirzəmidə yaşayan yəhudi Maksa bayırdakı havanın necə olduğunu bildirmək üçün içəri qar yığıb orda qartopu oynadıqda isəzadəgan kralsanki uşaq şıltaqlıqıylaKarib dənizinin quldurlarındakı Barbossaya çevrilir. Lizelin daha çox qayğısına qalan Hans partiyaya qatılmaqdan imtina edir ailəsi ilə birgə yarıac-yarıtox yaşayır. Öz akkardionu ilə arvadını bezdirən Hans hava hücumundan müdafiə zamanı girdikləri zirzəmidə insanları ovundurmaq üçün akkardionda şən mahnı ifa edir. Bir tərəfdə bomba partlayış səsləri, digər tərəfdə isə elə akkardionun səsi qədər zərif ürəkli Hansın ifası...

Əgər film Azərbaycanda ya yaxın bir ölkədə çəkilsəydi, ya da Markus Zusakın romanı olmasaydı, qətiyyətlə deyərdim ki, Roza obrazıBizim Cəbiş müəllimfilmindəki Şəfiqə Məmmədovanın oynadığı obrazla tamamilə eynidir. Hirsli acıqlı, deyingən qadın... Filmə baxarkən adamda elə hiss yaranır ki, bütün olanlardan bezmiş qadın ərinə tərəf qanrılıb deyəcək: “Allah ikinizi öldürsün, səni , Hitleri ...”. Ərinin tənbəl olduğunu tez-tez üzünə vuran yaşadığı ərazidə daha çox əzazil biri kimi tanınan Roza insanlığını əsla unutmayan, ərinin, övladlığa götürdükləri Lizelin zirzəmidə almanlardan gizlətdikləri yəhudi Maksın ac qalmaması üçün zəngin ailələrin paltarlarını yuyub ütüləyir. Emili Uatsonun qəhrəmanı zahirən qədər güclü görünməyə çalışsa da, daxilən o qədər zərif zəifdir. Ziddiyyətli xarakter filmə daha çox maraq qatır, hansı situasiyada cür davranacağını təxmin etmək olmur.

Yəhudi Maks (Ben Şnetser) da Rudi Lizel kimi Hitlerə nifrət edir. Özünü müdafiə kimi üstündə HitlerinMənim mübarizəmkitabını gəzdirir. Hans Rozanın evinə sığınaraq gün üzünə həsrət qalır. Bir neçə il zirzəmidə yaşamaq məcburiyyətində qalır, ən yaxın dostu Lizel o xəstə olanda bələdiyyə sədrinin evindən oğurladığı kitabları başı üstündə oxuyaraq onu tək buraxmır. Qəsəbədə gecə həyəcanı veriləndə hər kəs yeraltına sığınanda  o, ilk dəfə çölə çıxıb ulduzları seyr edir. Maksın Lizeldən başqa heç kimi yoxdur, həm sirdaşı, həm əyləncəsi elə balaca qızcığazdır. Kitabda Lizel haqqında belə bir cümlə var: Qardaşı qollarında ölmüşdü, anası tərk etmişdi, amma yenə bir yəhudi olmaqdan yaxşıdı”.

Bələdiyyə sədrinin həyat yoldaşı isə çirkabın içində olan hakimiyyətdə yanan tək ümid işığıdır. O, Lizel üçün kitab oxumağa şərait yaradır sona qədər qızın taleyi ilə maraqlanır. Filmin Ölümün dilindən nəql edilməsi təsadüf deyil. Filmi seyr edərkən onunla tez-tez rastlaşacaqsınız. Filmin rejissoru Brayn Perçival elə məşhur bir isim deyil. Onun ən səs gətirən işiDownton Abbeyserialının heyətində olmasıdır. Həmin serialın da mövzusu birinci dünya müharibəsi  illərində sadə vətəndaşların həyat tərzidir. Filmin musiqisi isə bu il martda təqdim olunacaq Oskar nominantları arasındadır (Con Vilyams).

Filmə baxarkan, eləcə kitabı oxuyarkən qədər soyuqqanlı olduğunuzu düşünsəniz , Ölümün, gerçək ölümün dilindən danışılan hekayə sizi həm sarsacaq, həm qorxudacaq, həm boğazınızda düyün olub qalacaq. “Kitab oğrusuartıq 7-8 ildir ki ən çox satılan kitablar arasındadır. Azərbaycanda isə hələ tərcümə olunmayıb. Yəqin ki, filmindən sonra kitab bir neçə ay ərzində tələsik tərcümə ilə satışa çıxarılacaq, üzərində filmin qəhrəmanlarının şəkli...


Pərviz SADIQOV (Pero)

 





10.02.2014    çap et  çap et