525.Az

Akademik Rafael Hüseynov şəhidlərə şeir yazdı - Video


 

Akademik Rafael Hüseynov şəhidlərə şeir yazdı - <b style="color:red">Video</b>

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından, qanından keçən şəhidlərimiz haqqında şeir yazıb və həmin şeiri də özü səsləndirib. Akademikin bu ifası əsasında videoçarx hazırlanıb.

525.az R.Hüseynovun şəxsi sosial şəbəkə hesabında paylaşdığı mətni və videonu təqdim edir:

“Əziz həmvətənlərim!

Əziz bacılar, qardaşlar! 

Bu gün bayramlarımızın ən əzizlərindən biridir.

Bayrağımızın – istiqlalımızın, müstəqilliyimizin, bir dövlət kimi varlığımızın, azadlığımızın bayramıdır.

Amma bu gün ikiqat bayramdır. Çünki müqəddəs bayrağımız 28 ilin həsrətindən sonra doğma Şuşanın üzərində dikəlir.

Bayrağımız bu gün işğaldan qurtulmuş neçə-neçə kəndimizdə, şəhərimizdə ucalır.

Tarix və Tale bu bəxtəvərliyi millətimizə çox görməsin!

Sizlər, nəvələriniz, nəticələriniz, ən uzaq sabahlardakı övladlarınız, bütün Azərbaycan həmişə bu bayrağımızı yüksəklərdə görsün, istiqlal içində yaşasın!

Amma ikiqat bayramın sevinci içərisində duyğulanarkən bu səadətin bizə nəsib olması üçün canını qurban vermiş şəhidlərimizi unutmayaq.

Həmişə  –  ən şad, ən məsud günlərimiz qoynunda olarkən da daim borclu qalacağımız şəhid balalarımızı minnətdarlıqla anaq.

Dünən – Şuşanın azadlığa qovuşduğu günün gecəsində onları düşünərək bu şeiri yazdım.

İnanmaq istərdim ki, mənim qəlbimdən, düşüncəmdən keçənlər elə sizin də ürəyinizin səsidir.

Böyük Qələbimizi gətirən Şəhidlərimizin ruhu şad olsun!”

Videonu BURADAN izləyə bilərsiniz.

 





10.11.2020    çap et  çap et