525.Az

Con F.Kennedi: "Mərdliyin profilləri" (davamı)


 

İngiliscədən Telman Orucov tərcümə edib

Con F.Kennedi: "Mərdliyin profilləri" <b style="color:red">(davamı)</b>

beləliklə, həmin taleyüklü yanvar gecəsi Deniel Uebster Henri Kleyə etibarlı qaydada dəstək vəd etdi özü barəsindəki böhranın ixtiraçısı oldu. İlk dəfə o, 1950-ci il ayrılmasının mümkünlüyünə gülən tənqidçilərin tarixçilərin baxışlarına şərik idi. Lakin o, Cənub liderləri ilə danışdıqca ölkənin şəraitinimüşahidə etdikcəmən düşünürəm ki, həll olunmayan ziddiyyətlərin mövcudluğunun davam etməsi hökmən Vətəndaş müharibəsi olmalıdırdeyirdi. O, öz oğluna yazırdı ki, “Mən zəhmət qayğı ilə gücümü tamamilə itirməyə yaxınam. Mən indiki fövqəladə vəziyyəti necə qarşılamağı indi bərabər ölçüdə qəzəblənən Şimalın Cənubun səfehlərini hansı silahlarla dağıtmağı bilmirəm... Mən kasıb ruhlara kiçik igidliyə malikəm”.

1850-ci ildə iki qrup Amerika Birləşmiş Ştatlarını dağıtmaqla hədələdi. Yeni İngiltərədə Qarrison açıq şəkildə bəyan etdi ki, “mən abolitsionistəm ona görə Birliyin buraxılmasının tərəfdarıyam”. Şimal abolitsionistlərinin mitinqində elan etdi ki, “Konstitusiya ölümlə sazişdir (o, Bibliyadakı Allahla saziş barədə işlənən sözdən istifadə edirditərcüməçi) cəhənnəmlə razılaşmaqdır”. Cənubda isə 1850-ci ilin fevralında Kalhoun dostuna yazırdı ki, “bizim üçün qalan yeganə alternativ Birliyin parçalanmasıdır”. Senata yazdığı axırıncı müraciətdə, bu mətn, onun əvəzinə 4 martda oxunmuşdu, ölümündən bir neçə həftə əvvəl özünü o qədər zəif hiss etdiyinə görə o, bu vaxt oturmuşdu, bəyan etdi ki, “Cənub quldarlığın ləğv edilməsi ilə ayrılma arasında seçim etməyə məcbur ediləcəkdir”.

Cənublularla əvvəlki razılıq, hansı ki, Kalhoun tərəfindən təhqiq edilmişdi, iyunda Neşvilldə tam miqyasdakı razılığın olacağını təsdiq edirdi buna görə həmin qorxulu ildə ayrılma ideyası populyarlıq qazanmalı idi.

Ayrılma üçün vaxt yetişmişdi az sayda adam birlik barədə danışmağa hazırlaşmışdı. Hətta Corciyadan olan Aleksandr Stifens Birliyi qoruyub saxlamağa qayğı göstərərək, Cənubdakı dostuna yazırdı ki, kim onun baxışına rəğbətlə yanaşırsaCənub üzvləri arasında Birliyin parçalanması hissi... daha çox ümumi bir hissə çevrilir. Onun barəsində adamlar necə ciddi danışmağa başlayacaqlar ki, on iki ay əvvəl bu barədə fikirləşməyi belə çətinliklə özlərinə rəva bilirdilər... Bu respublikanın parçalanmasını indi mən zəruri hesab edirəm”. Uebsterin çıxışından əvvəlki həlledici ayda altı Cənub ştatı, onların hər biri on il sonra Birlikdən ayrıldılar, Neşvill Qurultayındakı məqsədləri bəyəndi nümayəndələrini təyin etdi. Horatsi Qriiley 23 fevralda yazırdı:

Konqressin altmış üzvü vardır ki, onlar bu gün arzu edirlər Birliyin parçalanması ideyasının effekti üçün qəsd düzəldirlər. Biz heç şübhə etmirik ki, qul ştatlarının ayrılması, onun müəlliflərinin aparıcı niyyəti olmaqla Neşvill Qurultayı tərəfindən müstəqil konfederasiyanın yaradılması ilə müdafiə ediləcəkdir”. 1850-ci ilin ilkin aylarında millətin təhlükəli vəziyyəti belə idi.

Fevral ayının sonundan Massaçusetsdən olan Senator öz xətti barədə qərara gəldi. Deniel Uebster qərara aldı ki, yalnız Kley Kompromissi parçalanmanın vətəndaş müharibəsinin qarşısını ala bilər; o, dostuna yazırdı ki, planlaşdırır ki, “həqiqəti deyən şərəfli çıxış Birlik çıxışı etsin təmiz vicdanını yüngülləşdirsin”. Öz qeydlərini hazırlamaq işinə girişərkən o, öz müraciətinin əmələ gətirəcəyi hücumlar barədə bol sayda xəbərdarlıqlar aldı. Seçiciləri Massaçusets qəzetləri onun möhkəm qaydada anti-quldarlıq hisslərini dalğalandırmayacağını xəbər verirdilər çoxları ona təlqin edirdilər ki, Cənuba qarşı indiyə qədər olan kobud tonundan istifadə etsin. Lakin Massaçusetsdən olan Senator öz qərarını vermişdi dostlarına martın 6-da deyirdi ki, “mənim skifimi sahildən təkcə atın”. O, bir neçə il əvvəl Senata çağırışında səslənən inamına müvafiq olaraq hərəkət edəcəkdi:

Rəyin ziddiyyətliliyi çox hallarda üzürlü şəraitlərdən qalxır. Lakin bir növ ziddiyyət vardır ki, bu cinayətdir; adamın məsləki ilə onun səsverməsi arasındakı, vicdanı ilə davranışı arasındakı ziddiyyətdir. Heç kəsi bu növ ziddiyyətə görə vaxtsa ittiham etməyəcəkdir”.

bu vəziyyət 1850-ci ilin 7 martında yarandı, tarixin bir günü Senat zalında edilən çıxışın başlığına çevrildi. Heç kəs həmin gün hətta 1851-ci ildə Uebsterin öz müraciətinə verdiyi rəsmi başlığı dəyişə bilmədi, çünki İstiqlaliyyət günü iyulun dördü tək tanınan kimi, bu çıxış daMartın Yeddisinəçevrildi.

Sonrakı ayların yuxusuzluğundan sonra o, qərara gəldi ki, əgər onun sağlamlığı icazə versə, bu, onun axırıncı böyük cəhdi olmalıdır. Uebster çıxış etmək üçün arsen oksidi digər həblərlə özünü möhkəmləndirirdi səhər vaxtlarını öz qeydlərini cilalamağa həsr edirdi. Silahlı serjant şən qaydada onun yolunu kəsib dedi ki, Senat öz iclasına başlamamışdan iki saat əvvəl zal, qalereyalar, zalın qabağı, hətta Kapitolinin dəhlizləri Deniel Uebsteri dinləmək üçün, millətin bütün hissələrindən bir neçə gün ərzində səfər etməklə gələn adamlarla doludur. Əcnəbi diplomatların çoxu Nümayəndələr Palatasının üzvlərinin əksəriyyəti daimi otaqda rəqabət aparanların arasındadırlar. Senatın iclası başlayanda üzvlər müşahidəçilərin müvəqqəti skamyaların arasından keçərək, öz yerlərini tuta bildilər. Onların hər birini stolun üstündəki ictimai sənədlər topası görünməz edirdi. Senatorların çoxu öz yerlərini xanımlara verirdilər cərgə aralarında dayanıb Uebster tərəfindən açılacaq partlayışı gözləyirdilər.

Vitse-prezident çəkici ilə sessiyanın açıldığını bildirəndə Viskonsindən olan senator Uoker bir gün əvvəl etdiyi çıxışı bitirmək üçün söz istədi, sədrə dedi ki, “bu geniş auditoriya məni dinləmək üçün gəlməyib bir adam vardır ki, o, məclisi auditoriyaya çevirə bilir. Onlar onu dinləməyi gözləyirlər hiss edirəm ki, mənim borcum belədir bu, mənə xoş gəlir ki, çıxış imkanını Massaçusetsdən olan Senatora verim”.

Deniel Uebster aramla ayağa qalxanda, camaat sakitləşdi; onun qeyri-adi fiziki görünüşünün təəssürat yaradan bütün cəhətləriböyük, qara, fikrə dalmış gözləri, tuncdan tökülmüşə bənzəyən gözəl bədən quruluşu, sehrli qaydada qübbələnən alnıotuz ildən çox müddətdə olduğu kimi eyni qorxu ilə zala ağalıq edirdi. Özünün bürünc düymələri olan tanış mavi frakında, bizon dərisindən olan jiletdə şalvarda idi, o, qəsdən bir qədər fasilə verdi, elə bil ki, bu zalda yığılmış ən böyük Senatorların məclisinəKley, Benton, Hyuston, Cefferson Deyvis, Heyl, Bell, Kass, Çeyz, Stifen A.Duqlas digərlərinə bir anlığa baxdı. Ancaq bir sifət yox idio, yadlaşmış Con K.Kalhoun idi.

Bütün gözlər çıxış edənə dikilmişdi. Öz oğlundan başqa heç bir müşahidəçi bilmirdi ki, o, deyəcəkdir. Qəzet müxbiri yazırdı: “Mən əvvəllər heç vaxt təsadüfən burada keçirdiyim dərin hissə məruz qalmamışdım ya natiqin səsindəki daha fərqli əks-sədanı tutmaq üçün daha çox hərtərəfli həyəcan keçirməmişdim”.

Emersonun onu bir dəfə təsvir etdiyi kimi, özünün cəzbedici ilhamlanması anlarında Uebster həqiqətən dodaqlarına mərmi doldurulmuş böyük topidi. Axırıncı dəfə valehedici natiqlik qabiliyyətini cəmləyərək, o, özünün ərazilərdə quldarlığa qarşı olan əvvəlki mövqeyini tərk etdi, Qaçmış Qul Qanununa öz seçicilərinin nifrətini tərk etmişdi. Tarixdəki öz yerini öz həmvətənlərinin ürəklərini tərk etmişdi iyirmi il ərzində ondan qaçan bir məqsədiPrezidentlik üçün olan son şansını tərk etmişdi. Deniel Uebster Birliyə risq etməkdənsə, öz karyerası öz nüfuzu ilə risq etməyə üstünlük vermişdi. O, çıxışına belə başladı: “Mister Prezident (Senata sədrlik edənə müraciət qaydasındatərcüməçi), mən bu gün Massaçusets əhli kimi deyil, Şimal adamı kimi deyil, Amerikan kimi Birləşmiş Ştatlar Senatının üzvü kimi çıxış etmək istəyirəm... Mən bu gün Birliyin qorunub saxlanması üçün danışıram. Öz səbəbimə görə məni dinləyin”.

O, danışırdı, lakin qısa müddət idi ki, danışırdı, bu vaxt qara plaşına bürünmüş arıq Kalhoun başını əyən kimi göründü, öz yerinə oturmaqda ona nümayişkaranə surətdə kömək edirdilər. O, titrəyə-titrəyə öz yerinə oturdu. Azacıq hərəkət etməyə qadir olduğundan, çıxış edən onu sezmirdi. Xəstəlik Cənubi Karolinadan olan Senatorun iştirakının qarşısını almışdır, sözlərini deyən Uebsterin bir neçə peşimançılıq ifadələrindən sonra, Kalhoun kürsünün qollarından yapışaraq mübarizə aparıb aydın kabus səsi ilə iftixarla elan etdi ki, “Cənubi Karolinadan olan Senator öz yerindədir”. Uebster tutuldu gözlərindəki yaşla Kalhouna tərəf əyildi, axırıncı taqətdən düşmüş zəifləmiş kimi kürsüyə batan kimi oldu, Massaçusets natiqinə sfinksə bənzər bir ifadə ilə baxdı, bu, onun bəyənib ya bəyənmədiyini adi bir işarə ilə hiss etdirmirdi.

Üç saat on bir dəqiqəlik çıxışında yalnız öz geniş qeydlərinə hərdən baxıb Deniel Uebster Birliyin səbəbini müdafiə edirdi. Hər iki tərəfdən olan kədərlə əlaqədar o, vətənpərvərlik adı naminə barışmağı bir-birini başa düşməyi xahiş edirdi. Senatın başlıca qayğısı, o, təkid edirdi ki, quldarlığı irəli aparmaq, onu qadağan etmək deyildir, yalnız Amerika Birləşmiş Ştatlarını qoruyub saxlamaqdır. Məntiq ustalıqla irəlini görmək qaydasında danışmaqla o, “dinc şəkildə ayrılmaideyasına sərt hücumlar edirdi:

Ser, sizin mənim gözlərimə heç vaxt həmin möcüzəni görmək nəsib olmayacaqdır. Bu geniş ölkənin parçalanması konvulsiyasız mümkün olmayacaqdır! Kim o qədər səfehdir ki, belə bir şeyi görməyi gözləsin?... Ayrılmanın mümkünlüyü ya faydalılığı barədə danışmaq əvəzinə, cəhalətin belə macəralarında məskunlaşmaq əvəzinə... Qoy biz azadlığın birliyin təzə havasından həzz alaq... Qoy biz öz nəslimizi layiq olduğu qızıl zəncirin güclü aydın həlqələrindən biri edək. Mən bir sevən adam kimi inanıram ki, bu Konstitusiya üçün bütün ştatların xalqlarının birləşib mübarizə aparması illər ərzində gələcəkdir”.

Heç bir alqış səslənmədi. Hay-küy təəccüblü pıçıldaşma var idi, lakin alqış yox idi. Reportyor teleqraf idarəsinə cumdu. “Mister Uebster öz üzərinə böyük məsuliyyət götürdüsözlərini öz qəzetinə göndərdi o, uğur qazansa uğursuzluğa düçar olsa, onun mərdliklə özünü irəli verməsi ən azı ona bütün ölkənin hörmətini qazandıracaqdır.

Deniel Uebster məqsədinə çatdı. Onun çıxışının Şimalda çoxları tərəfindən təkzib olunmasına baxmayaraq, fakt orasında idi ki, belə döyüşən seçiciləri təmsil edən adam birlik vətənpərvərliyi başa düşmək naminə çağırış edirdi, bu isə Vaşinqtonda bütün Cənubda Cənubun hüquqlarının bona fide (vicdanlalatın dilində, tərcüməçi) sığortalanması kimi qəbul ediləcəkdi. Kalhounun özünün barışmazlığının əksinə onun ÇarlstondakıMercuriqəzeti Uebsterin müraciətinidildə nəcib, tonunda alicənab barışıqlıqkimi tərifləyirdi. “Mister Kalhounun aydın qüdrətli izahatı, əgər mister Uebsterin ustalıqla oynadığı roldan az sonra gəlməsəydi, müəyyən həlledici effektə malik olardı”. Nyu-OrleanınPicayuneqəzeti Uebsteri özlüyündə ədalətli hesab etdiyi sülh ölkə üçün, təhlükəsizlikdən ötəri isə zəruri olmağa inandığı bir şeyi etmək üçün göstərdiyi mənəvi mərdliyə görə təbrik etdi.

beləliklə, tez parçalanma qan tökmə təhlükəsi ötüb keçdi. Senator Uintropun qeyd etdiyi kimi, Uebsterin çıxışıCənubu tərksilah etdi, sakitləşdirdi () Neşvill qurultayını xoruz damına soxdu”. “Journal of Commerceqəzeti sonrakı aylarda qeyd etməyi lazım bildi ki, “Uebster bütün ölkədə hansısa bir başqa adamın gördüyündən daha çox görmüşdür öz şəxsi populyarlığını böyük risqə qoymuşdur ki, 1850-ci ildə Konstitusiyanın Birliyin dayaqlarını uçurmaqla hədələyən sektsionalizm axınını dayandırsın geri döndərsin”.

Bəzi tarixçilərxüsusən, on doqquzuncu əsrin sonrakı yarısında yazanlar abolitsionist düşmənlərinin, Uebsterin mənəvi qazancları barədə tələffüz etdiklərinin təsiri altında idilər Allan Nevins, Henri Still Kommager, Cerald Conson digərləri ilə razılaşmırdılar, axı axırıncılar yeddi mart çıxışınıyüksək dövlət xadiminə xas olan kimi,... Uebsterin millətə axırıncı böyük xidməti kimitərifləmişdilər. Çoxları parçalanmanın belə kompromisslər olmadan 1850-ci ildə baş tutmasını danırdılar; digərləri kompromissin nəyə nail olduğuna məhəl qoymadan, sonrakı hadisələrin parçalanmanın labüd olduğunu sübut etdiyi barədəki fikri dəstəkləyirdilər. Lakin indiyədək digərləri təkid edirlər ki, müharibənin on il təxirə salınması Şimalla Cənub arasındakı nəticəni daraltdı uzun müddətli davam etmə Birliyi qoruyub saxlamağa kömək etdi. Uebsterin çıxışındakı barışıq ruhu Şimala düzgün bir hiss verdi ki, bu da Cənubla yaxşı münasibətin hər bir cəhdini etməyə imkan verdi Birliyin müdafiəçilərini, bununla da on il sonra həmin kompromisslərə qarşı onların hiss etdikləri kimi, Cənubluların zorakılıqlarına qarşı daha möhkəm birləşdirdi. Hətta Şimalın hərbi nöqteyi-nəzərindən döyüşün on il təxirə salınması Şimal ştatlarını öz əhalisinin sayında, səsvermə gücündə, istehsalda dəmir yollarında aparıcılığını nəhəng qaydada yüksəltməyə qadir etdi.

(Ardı var)

 





10.02.2014    çap et  çap et