525.Az

ADRA kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib


 

ADRA kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib<b style="color:red"></b>

Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

525.az xəbər verir ki, agentliyin aparatı, eləcə də Regional Reklam İdarələrinin rəhbər və işçi heyəti müzəffər ordumuza ehtiram ifadəsi olaraq könüllü şəkildə əməkhaqlarından 106755 manat ianə ediblər.

Torpaqlarımızın azad olunması və Vətənin bütövlüyü uğrunda mübarizə aparan rəşadətli ordumuz qürur mənbəyimizdir.

Ordumuzun Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda qazandığı qələbələr bütün xalqımıza ruh yüksəkliyi bəxş edir.

Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

 





11.11.2020    çap et  çap et