525.Az

Su zəhərlənməsi nədir?


 

Su zəhərlənməsi nədir? <b style="color:red"></b>

Su zəhərlənməsi həddindən artıq su qəbul edilməsi nəticəsində bədənimizdəki elektrolit tarazlığının pozulmasıdır. Bu zaman beyin funksiyalarında ölümcül ziyanlar da meydana gəlir. Çox su içmək böyrəkləri daha çox işlədir və bu səbəbdən də daha çox mineral itirilir. Həmçinin, hüceyrələrdə su yığılması səbəbindən onlar da şişir. Xaric edilə bilməyən şişkinlik beyinə çatdığında beyində şişkinlik meydana gələrək ölümə və daha pis xəstəliklərə səbəb ola bilər.

525.az xəbər verir ki, su zəhərlənməsinin bir neçə əsas simptomu var: Ürəkbulanma və qusma, baş ağrısı, şüurda meydana gələn dəyişikliklər.

Belə zəhərlənmə zamanı tərləmə nəticəsində bədənimizdə natrium çatışmazlığı meydana gəlir. Bu çatışmazlıq tamamlanmadan su içmək natriumun daha çox azalmasına səbəb olur. Əsəb sisteminin fəaliyyətini təmin edən natriumun azalması nəticəsində əzələlərdə ağrılar yaranaraq, qusma şəklində özünü göstərir. Nəticədə qan təzyiqini tarazlaşdıran natrium çatışmazlığı yarandığı üçün həmin şəxs koma və ya ölümlə qarşılaşa bilər.

Su zəhərlənməsi adətən daha çox tər itirməyə səbəb olan idman növləri ilə məşğul olanlarda, marafon qaçışlarında iştirak edənlərdə və arıqlamaq istəyənlərdə daha çox rast gəlinir. Natrium əksikliyi meydana gəldiyi an müdaxilə etmək çox önəmlidir.

Əgər zəhərlənmiş şəxs qidalana bilərsə, ona duzlu içkilər verilməlidir. Ağızdan qidalana bilməyəcək dərəcədədirsə, damarla müdaxilə edilməlidir. Belə vəziyyətdə həkimə müraciət etmək çox önəmlidir. Çünki bu kimi hallar daha da pis nəticələnə bilər.

 





11.11.2020    çap et  çap et