525.Az

Şuşam mənim - Rəsul Rzanın şeiri


 

Şuşam mənim - <b style="color:red">Rəsul Rzanın şeiri </b>

Sinəsi qabarıq,
nağıllardan gəlmiş
pəhləvandır
Şuşam mənim;
Mərdliklə, gözəlliklə
qoşam mənim.
Könüllərdə
neçə-neçə mahnıların
zümzüməsi,
sözü qalıb,
Sənin doğma torpağında
neçələrin gözü qalxıb.
Vətən adlı doğma yurddan
püşk olarmı?!
Pay olarmı?!
Yüz bir şəhər adı çəkim,
Gözəllikdə,
biri sənə tay olarmı?!

 





11.11.2020    çap et  çap et