525.Az

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəlki illərdən daha fəal iştirak edir”


 

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində əvvəlki illərdən daha fəal iştirak edir”<b style="color:red"></b>

“Mən Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı narahatlığını çox yaxşı başa düşürəm.

ABŞ münaqişənin həll olunmasına çalışır”. APA-nın xəbərinə görə, bu sözləri ADA Universitetində çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O bildirib ki, hazırda ABŞ münaqişənin həlli prosesində əvvəlki illərdən daha fəal iştirak edir: “Biz hökumətlə daha sıx işləyirik. Keçən ilin noyabr ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü çox pozitiv hadisə oldu və bu görüşlərin davam etməsi vacibdir. Tərəflər münaqişənin həll olunması üçün daha konkret məsələlər ətrafında müzakirələr aparırlar. Biz bu münaqişənin həllində əlimizdən gələni edəcəyik”.

 





10.02.2014    çap et  çap et