525.Az

BDU və "Clarivate Analytics" şirkəti arasında əməkdaşlıq genişlənir


 

BDU və "Clarivate Analytics" şirkəti arasında əməkdaşlıq genişlənir<b style="color:red"></b>

Bakı Dövlət Universiteti (BDU) "Clarivate Analytics" şirkəti ilə birgə elmi nəşrlər və BDU-da çap olunan elmi jurnalların beynəlxalq nüfuz qazanması kimi aktual məsələlərə dair növbəti onlayn tədbir keçirib.

BDU-dan 525.az-a bildirilib ki, tədbir elmi fəaliyyətin inkişaf etdirilməsi, onun keyfiyyət səviyyəsinin yüksəldilməsi və ölkəmizin elmi nüfuzunun dünyada gücləndirilməsi məqsədini daşıyıb. "Microsoft Teams" platforması üzərindən təşkil olunmuş görüşdə universitetin elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, "Clarivate Analytics" şirkətinin MDB ölkələri və Rusiya üzrə direktoru Oleq Utkin, Azərbaycan, Gürcüstan və Ukrayna üzrə rəsmi nümayəndəsi Sevinc Cəfərova, BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzində şöbə müdiri Mahir Pirquliyev iştirak ediblər.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev "Clarivate Analytics" şirkəti ilə əməkdaşlığın daha da genişləndirilməsi yollarına diqqət çəkib, onun perspektivlərindən və qarşıda duran məsələlərdən bəhs edib.

"Clarivate Analytics" şirkətinin Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov pandemiya şəraitinə baxmayaraq, 2020-ci ilin birinci yarısında BDU alimlərinin beynəlxalq indeksli jurnallarda dərc olunan elmi məqalələrinin artan dinamikasını iştirakçıların nəzərinə çatdırıb.

Görüşün yekununda müxtəlif elm sahələri üzrə nüfuzlu jurnalların axtarılıb tapılması, məqalələrin hazırlanması, nəşr prinsiplərinə dair təlimlərin bundan sonra da mütəmadi olaraq keçirilməsi qərara alınıb.

S.QARAYEVA

 





12.11.2020    çap et  çap et