525.Az

"Fikrim hey ondadır" - Şəhid leytenantın şeirləri


 

"Fikrim hey ondadır" - <b style="color:red">Şəhid leytenantın şeirləri</b>

Fikrim hey ondadır

Könlüm qalıb o yanlarda,
Ana Vətən səslər məni.
Bir canımı orda qoyub,
Burda torpaq səslər məni.

Hər bir günüm dərd-kədərdir,
Sağım-solum alov-alov.
Bir tərəfdə ana Vətən,
Bir tərəfdə yarım qalıb.

Yarım orda nigarandır,
Mənim fikrim hey ondadır.
Könlüm yanır qubardadır,
Ağlım fikrim hey ondadır.

Oldu

Sevginin toxumun əkdi qəlbimə,
Qəlbimdə gül, çiçək açdı.
Yarımın baxışı sindi qəlbimə,
Sevgimin günəşi şölələr saçdı.

Yarım gələrkən baharla gəldi,
Ürəyim durmadan çiçəklə doldu.
O yarım ruhuma sevgi ilə gəldi,
Ürəyim yarımın heyranı oldu.

Həyatım mənalı bir filmə döndü,
Baş rolda yarımın sevgisi oldu.
Qaranlıq dünyam cənnətə döndü,
Oranın mələyi cananım oldu.

Üzümdə bitməyən sevincim oldun,
Qəlbimdə sönməyən alovum oldun.
İstisi könlümə sevgi ilə doldu,
Həyat da mənim üçün səbəbli oldu.

Nə çarə

Bu nə bəxtdir əngəl olub könlümə,
Günəş doğmur zülmət çöküb könlümə.
Kədər girib, qüssə girib qəlbimə,
Bu nə gündür doğmaq bilmir ürəyimə.

Sevgi vardı bu ürəkdə bir yarə,
Məlhəm olmur bu həyata nə çarə,
Həsrət çəkir bu vücudum o yarə,
Həyat gülmür, ömür bitir nə çarə.

Sənsiz

Sənsiz keçmir günlərim,
Hey sızlayır, qan ağlayır ürəyim,
Sənsiz dinmir gözlərim,
Buz kimidir yalnız qalan əllərim.

Sönmüş ürək, solmuş ruhum,
Bitmək bilmir fani ömrüm,
Sənsiz sönməz eşq alovum,
Sənsiz durmaz bu vücudum.

Tut əlimdən, sar qollarınla,
Yanan canıma gəl məlhəm ol,
Sönmüş ürəyimə od ol,
Sığal çək ruhuma, cənnətim ol.

Murad NAĞIYEV

 





12.11.2020    çap et  çap et