Şuşam
Söz vermişdim gələcəyəm,
Gəlmişəm qoynuna, Şuşam.
Aç mübarək qollarını,
Sarılım boynuna, Şuşam.
Vüsal gəldi, həsrət bitdi,
Düşmən cəhənnəmə getdi,
Millət arzusuna yetdi,
Gəlmişik toyuna, Şuşam.
Zəfər bayramınız mübarək olsun!
Tarix görməyibdir belə bir sürət,
Tarix görməyibdir belə bir cürət.
Vur əsgər, vur əsgər, qoluna qüvvət,
Zəfər bayramınız mübarək olsun!
Xankəndi, Xocalı, Laçın, Kəlbəcər -
Zəfər müjdəsilə açılsın səhər,
Yeni tarix yazan ey igid əsgər,
Zəfər bayramınız mübarək olsun!
Çanaqqala - Qarabağ
Nə vaxt ki, düşmən qudurdu,
Hiddətləndirdi boz qurdu,
O da vurdu, bu da vurdu,
Çanaqqala - Qarabağ.
Döyüş bayrağı ucaldı,
Əsgər zəfər marşı çaldı,
Şəhid qisasını aldı,
Çanaqqala - Qarabağ.
İki dövlət, iki ordu,
Bir-birinə arxa durdu,
Bir Vətənin iki yurdu -
Çanaqqala - Qarabağ.
Şəhid anasına
Sənə ağlama deyə bilmərəm,
Ağlayacaqsan.
Hələ qaralar da bağlayacaqsan.
"Toyunu görməyən balam" - deyib,
Fəryad edəcək, ürəkləri dağlayacaqsan
Şəhid anası.
Şəhidlərin qisası alındıqca,
Hər gün zəfər marşı çalındıqca,
Görəndə ki, hər kəsdə qələbə coşqusu, həyəcan,
Dəmir yumruğa çevrilmişdir Azərbaycan,
Ürəyin dağa dönəcək, təsəlli tapacaqsan.
Təbəssüm də görünəcək mübarək dodaqlarında,
Şəhidlər ölməz, Vətən bölünməz şüarı
İşığa çevriləcək kədərli yanaqlarında...
Torpağımızdan düşmən ayağının ləkəsini silmək üçün,
Yurd yerlərimizdə bayquş səsini kəsmək üçün
Şəhid qanı gərəkdir.
Bayrağımızdakı qırmızı zolağın solmaması,
Millətimizin gözükölgəli olmaması üçün
Şəhid qanı gərəkdir, şəhid anası.
Millətin mürgüləyən ruhu yenidən oyanmışdır,
Şuşamız zəfər rənginə boyanmışdır.
Gözün aydın şəhid anası.
Şəhidlərin qisası alınır,
Hər gün yeni zəfər marşı çalınır.
Şəhadətin mübarək, əsgər!
Zəfərimiz mübarək, ana!
Erməni, ay erməni
Millətimdə qeyrəti gör,
Ordumdakı qüdrəti gör,
Əsgərimdə cürəti gör,
Aç gözünü, aç, erməni.
Yetər artıq bu nadanlıq,
Sən özünə gəl bir anlıq,
Mən işığam, sən qaranlıq,
Bax, gəlirəm, qaç, erməni.
Faşistsən, xaindir adın,
Qoltuqlarda daldalandın,
Çox səbr etdim, anlamadın,
Təslimdir əlac, erməni!
Ağ bayrağı aç, erməni!
Allahşükür QURBANOV
çap et