525.Az

Streç-sarğı istehsalı zavodu açılacaq


 

Streç-sarğı istehsalı zavodu açılacaq<b style="color:red"></b>

"Bakı Polimer İstehsalat" MMC-yə AMEA-nın Yüksək Texnologiyalar Parkının (YTP) rezident statusu verilib.

YTP-dən 525.az-a verilən məlumata görə, müəssisə streç-sarğılar istehsal etmək niyyətindədir.

İxrac və rəqabət qabiliyyətli çürüyən və çürüməyən streç-sarğı istehsalı üzrə ixtisaslaşan kompleksin yaradılması üzrə investisiya layihəsi əsasında YTP-də yaradılması nəzərdə tutulan zavod, Qafqaz coğrafiyasında 5 qat PE streç-sarğıları istehsal edən yeganə istehsalçı olacaq.

Streç-sarğılar innovasiya yönümlü olduğundan bütün sənaye, xidmət sahələrində və məişətdə əhali tərəfindən qablaşdırmada istifadə olunur.

 





13.11.2020    çap et  çap et