525.Az

Dinc sakinlərimizi atəşə tutan raket kompleksinin qalıqları - Video


 

Dinc sakinlərimizi atəşə tutan raket kompleksinin qalıqları - <b style="color:red">Video</b>

Amerikalı jurnalist Coş Fridman Ermənistanın Vardenis rayonunda Azərbaycan ordusunun zərərsizləşdirdiyi "Skad" raket kompleksinin qalıqlarını görüntüyə alıb.

525.az-ın Trend-ə istinadən məlumatına görə, kadrlarda raket kompleksinin tamamilə məhv edildiyi görünür.

Qeyd edək ki, Dağlıq Qarabağda bir aydan çox davam etmiş döyüşlər zamanı məğlub olmaqda olan Ermənistan ordusu Azərbaycanın dinc şəhərlərinə və sakinlərə raket zərbələri endirib. Raketlər Ermənistan ərazisindən buraxılırdı və Azərbaycan ordusu daha sona dəqiq zərbələrlə o, kompleksləri məhv edirdi. Oktyabr ayı boyunca bir neçə "Skad" və "Toçka-U" kompleksləri məhv edilib.

 





14.11.2020    çap et  çap et