525.Az

Böyük ziyalı, işıqlı insan


 

AKADEMİK TOFİQ KÖÇƏRLİNİN 85 İLLİYİNƏ

Böyük ziyalı, işıqlı insan<b style="color:red"></b>

Görkəmli tarixçi-alim, akademik, ictimai-siyasi xadim, pedaqoq, parlaq şəxsiyyət, gözəl insan... Adının qarşısında bu digər titullar, epitetlər yer alan Tofiq Köçərlinin 85 illiyi tamam olur. Bu yubiley günlərində dünyasını yeddi il əvvəl dəyişmiş Tofiq müəllimin ömür kitabı bir daha vərəqlənir, doğmaları, yaxınları, dostları, elmi ictimaiyyət onu xoş duyğularla xatırlayır. Bütün bu xatirələrin, söhbətlərin mayasında Tofiq Köçərli şəxsiyyətinə tükənməz bir sevgi, böyük bir ehtiram dayanır. Hamı onu vətəndaş alim, vətəndaş siyasətçi, vətəndaş publisist kimi qəbul edir, dünyadan getməsinə təəssüflənir. Ən önəmlisi bir odur ki, heç kəs boğazdan yuxarı danışmır, dilinə ürəyindən keçəni gətirir.

Tofiq müəllimdən bu dünyada qaldı? Azərbaycan tarixinin aktual problemlərinə dair dəyərli elmi araşdırmalar tədqiqat əsərləri, bir çox kitab monoqrafiya, yüzdən artıq məqalə. Daha ? Tofiq müəllimdən bu dünyada həm bir sevgi, bir məhəbbət qaldı: biliyə, ailəyə Vətənə olan sevgi. O, bu sevgi toxumlarını əli çatan, imkanı yetən hər ürəyə, hər yerə səpdi. Çoxu cücərib baş qaldırdı, bar verdi verməkdədir...

Azərbaycanın çox ucqar bir guşəsindən - Gədəbəyin İsalı kəndindən başlanan yol haralara gedib çıxmadı? Bakı Moskva universitetlərinə, Milli Elmlər Akademiyasına, Azərbaycan Ali Sovetinə daha neçə-neçə mötəbər kürsüyə.

Azərbaycan Prezidenti İlham Əliyevin digər yüksək vəzifəli dövlət hökumət adamlarının, elm xadimlərinin adından imzalanmış nekroloqdan: "Azərbaycan tarixşünaslığına töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili fəaliyyətinin öyrənilməsi, Naxçıvanın Qarabağın tarixinin ən mühüm məsələlərinin tədqiqi onun əsas elmi nailiyyətləri sırasındadır".

O vaxtlar da, indi çoxları "Qarabağ, Qarabağ" deyir. Amma söz demək başqadır, görmək başqa. Sakit təbiəti, təmkini ilə seçilən, pafoslu danışmağı xoşlamayan Tofiq Köçərli görürdü, Qarabağ üçün qəlbən yanırdı. Onun "Qarabağ", "Erməni saxtakarlığı"(2002), "Naxçıvan - uydurmalar həqiqətlər" (2005), "K İstorii Karabaxskoqo voprosa" (2009) adlı kitab monoqrafiyaları, digər əsərləri araşdırmaları oxucusunu milli kimliyini mənsubiyyətini dərk etməyə çağırır, milli ruhun oyanmasına yüksəlişinə xidmət edir. Onun əsərləri Qarabağın Azərbaycan milli məfkurəsinin qaynaqlarından biri olduğunu sübut edir, hər kəsi tariximizə, dilimizə, mədəniyyətimizə sahib çıxmağa, milli mənəvi dəyərlərimizi qoruyub saxlamağa, milli birliyə həmrəyliyə səsləyir.

O, tarixi faktlara, tutarlı dəlil-sübutlara, dərin məntiqə söykənən əsərləri, məqalələri ilə erməni ermənipərəst müəlliflərin böhtan saxtakarlıqlarına, ideoloji təxribatlarına tutarlı cavablar verirdi.

Tofiq müəllim haqqında qeydləri onu hələ tələbəlik illərindən tanıyan dostlarından biri Yəhya Seyidovun sözləri ilə davam etdirmək istərdik: Tofiq Köçərli seçilənlərdən idi. Əla təhsil göstəriciləri, təmkini mədəniyyəti, universitetin ictimai həyatında fəal mövqeyi ilə seçilirdi.

Bu sözlərin ardınca jurnalist Ruqiyyə Əliyevanın verdiyi məlumat yerinə düşər: Tofiq Köçərli orta məktəbdə oxuyarkən pedaqoji şuranın qərarı ilə səkkizinci sinifdən birbaşa onuncu sinfə, universitetdə təhsil alarkən dərin biliyi, əla yaddaşı qeyri-adi analitik qabiliyyətinə görə birinci kursdan üçüncü kursa keçirilmişdi.

Həyat göstərdi ki, orta məktəb, universitet müəllimləri səhv etməyiblər. Dərin biliyi, analitik təfəkkürü, mədəniyyəti ilə seçilənlərdən olan müəllim övladı elmin həyatın zirvələrinə məhz bu qeyri-adi, heç hər kəsə nəsib olmayan keyfiyyətləri sayəsində ucala bilmişdi.

Söz sözü çəkir.

Akademik Ziyad Səmədzadə: Tofiq Köçərlinin yeri elm zirvəsində, insanların ürəyindədir. Akademik Tofiq Köçərli əsl insanlıq nümunəsi olub, sanballı əsərləri ilə sübut edib ki, həqiqi tarix necə yazılmalıdır.

Sanki üz-gözünə peyğəmbər nuru çilənmişdi. Bu da Ziyad müəllimin sözüdür məni təxminən 10-12 il əvvələ qaytarır. "Respublika" qəzetində işlədiyim vaxtlar idi. Tofiq müəllim baş redaktor Teymur Əhmədovla dost olduğundan hərdən redaksiyaya gələr, öz əsərlərini, məqalələrini əsasən bu qəzetdə çap etdirərdi. Onu redaksiyanın dəhlizində, cəmi bir-iki dəfə görmüşdüm. Nurani düşüncəli çöhrəsi indi gözümün qabağındadır. Sanki bu 10-12 il əvvəl yox, 10-12 gün qabaq olub. Adamın göz yaddaşına bu qədər ani həkk olunması, bir neçə dəfə görməklə hafizədə belə dərin iz buraxması heç həmişə baş vermir. Səbəbi yəqin ki, elə Ziyad müəllimin dediyidir, üz-gözünə peyğəmbər nuru çilənməsidir.

Teymur müəllimə zəng edib soruşuram:

- Dostunuz Tofiq Köçərlini necə xatırlayırsız? "Respublika" qəzetində çoxmu məqaləsi, yazısı dərc olunub?

Deyir:

- Rəhmətlik həm gözəl alim, həm gözəl insan idi. Bu iki xüsusiyyət eyni şəxsdə hər deyəndə birləşmir, biri olanda, biri olmur. Tofiq müəllim yeri görünən insanlardandır. Hər dəfə redaksiyaya gələndə ya yeni kitabını, ya da məqaləsini gətirərdi. "Respublika" qəzetində onlarla yazısı çıxıb, kitablarından parçalar vermişik. Sinəsi dolu idi. Ürəyi doğrudan Azərbaycan, Dağlıq Qarabağ üçün yanırdı. Hələ çox görə bilərdi, çox əsərlər yarada bilərdi. Heyf ondan...

Tərcümeyi-halından sətirlər: 1955-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib. 37 yaşında tarix elmləri doktoru elmi dərəcəsini alıb. 18 il Bakı Ali Partiya Məktəbinin rektoru işləyib. Bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Bu da dostlarından birinin sözüdür: Tofiq Köçərli böyük nüfuz sahibi idi. Keçdiyi həyat yolu ona söz demək, fikir söyləmək, nəyin yaxşı, nəyin pis olduğuna qiymət vermək səlahiyyəti qazandırmışdı.

Bu heç hər kəsə verilməyən, heç hər kəsin qazana bilmədiyi səlahiyyət idi.

Deyəsən Tofiq müəllim həyat prinsipini bir daha xatırlatmağa ehtiyac var: biliyə sevgi, ailəyə sevgi, Vətənə sevgi. Onun biliyə, Vətənə olan sevgisindən qısaca da olsa danışdıq. Bunu sübut edən müəyyən misallar çəkdik, dəlillər gətirdik. Qaldı ailəyə sevgi.

"Babam artıq həyatda yoxdur. Amma onun hamımıza aşıladığı ideya bizimlədir: biliyə, ailəyə, Vətənə sevgi". Bu, Tofiq Köçərlinin nəvəsi Nigarın sözləridir.

İnternetə baxın, orada Tofiq müəllimin nəvələri Arslanın, Leylanın, Pərvinin, qızı İradənin digər doğmalarının da ürək sözlərini görəcəksiniz. Oxuyun, görün Tofiq Köçərli ailəsinə, övladlarına, nəvələrinə neçə böyük qayğı məhəbbətlə yanaşıb. Belə ata, belə baba heç hər övlada, hər nəvəyə qismət olmur.

Görün nəvəsi Pərvin yazır: Hamı üçün babam böyük tarixçi, alim, akademik, ictimai xadim, siyasətçi idi. Mənim üçün isə o, yalnız əziz baba, ailəsinin dayağı, gözəl insan ən əsası bizi daim ətrafına yığmağı bacaran, bizi birləşdirən bir insan idi. Baba gedərkən mənə bir sərvət qoydu, amma bu düşündüyünüz sərvətlərdən deyil. Bu, puldan, var-dövlətdən, şan-şöhrətdən daha qiymətli, saf, fəxri bir sərvətdir. Bu sərvət onun soyadıdır.

Qızı İradə Köçərli: Atam deyərdi ki, əgər ananız məni ailə problemlərindən, uşaqların tərbiyəsi, təhsili digər problemlərdən azad etməsəydi, yəqin, mən akademik ola bilməzdim. Atam qızlarına anamız kimi olmağı tövsiyə edərdi.

Tofiq müəllim necə ər, necə ata, necə baba olduğunu ifadə etmək üçün bundan təsirli, bundan dəqiq ifadələr tapmaq mümkünsüzdür. Buraya oğlu Qabilin sözləri əlavə edilsə, portret cizgilər tamamlanar: O, həyatı boyu öz zəngin daxili aləmi yüksək mənəviyyatı ilə bizə - övladlarına hər kəs üçün müqəddəs ülvi hiss olan Vətən sevgisi - Azərbaycan sevgisini, vətənpərvərlik duyğusunu aşılamağa cəmiyyətə ləyaqətli vətəndaş yetişdirməyə çalışıb.

Şair Abbas Həmid Tofiq müəllimə bir şeir həsr edib. Həmin şeirin bir bəndinə nəzər salmağın vaxtıdır:

Meşə , çəmən əzizdir ona,

Vətənin gölü dənizdir ona,

Dağ yolu Aranla əkizdir ona,

Qalıbdır əbədi izi Tofiqin.

Tofiq Köçərli bu dünyadan nəvəsi Pərvinin dediyi kimi, qiymətli soyad, şairin dediyi kimi, əbədi iz hamının dediyi kimi, bir sevgi qoyub getdi.

Özü getdi, sözü qaldı. Özü getdi, izi qaldı. Bir sevgi qaldı - Tofiq müəllimə olan sevgi, Tofiq müəllimin ürəklərdə alovlandırdığı üç böyük sevgi.

Elman Qədirli

 





11.02.2014    çap et  çap et