525.Az

Ermənistan-Avropa İttifaqı: kəsişən ziddiyyətli məqamlar


 

Ermənistan-Avropa İttifaqı: kəsişən ziddiyyətli məqamlar<b style="color:red"></b>

Son dövrlərdə İrəvanla Brüssel arasında münasibətlərin gərginləşdiyi haqqında informasiyalar yayılır. Bununla yanaşı, başqa tendensiyanın da müşahidə edildiyi barədə danışılır. Konkret olaraq, Avropa Ermənistanla müəyyən sahələrdə əməkdaşlığı inkişaf etdirir. Rusiyanın regionda daha fəal geosiyasi mövqe tutduğu bir vaxtda məsələnin bu tərəfi xeyli düşündürücü görünür. 

Avropa İttifaqından ermənisayağı imtina

Ermənistanın xarici siyasətinin ziddiyyətləri özü ilə yanaşı, Cənubi Qafqazı da qeyri-müəyyənliklər qarşısında qoyur. Bir müddət özünü Avropaya inteqrasiya etmək istiqamətini seçmiş ölkə kimi aparan Ermənistan 2013- ilin sentyabrında qəfil Gömrük İttifaqını seçdiyini bildirdi. Bununla da regional miqyasda geosiyasi aspektdə çoxlu sayda suallar meydana gəldi. Ekspertlər rəsmi İrəvanın bu hərəkətində məntiqi obyektiv davranış motivlərini görə bilmədilər.

Bu addıma Avropa İttifaqı Amerikanın reaksiyası da maraqlı oldu. Öncə Brüssel İrəvanı ittiham etdi, sonra hədələdi nəhayət, sakitləşdi. Vaşinqton rəsmi etirazını bildirməklə kifayətləndi. Moskva isə təmkinli susqunluğu ilə "bu oyunu udduğunu" ifadə etdi. Ermənistan cəmiyyətində isə fikir ayrılığı yarandı. Avropa İttifaqına assosiativ üzvlüyə tərəfdar olanlar sərt şəkildə iqtidarı qınadı. Onlar rəsmi İrəvanı ciddi tənqid etdilər. Əsas arqument ondan ibarət idi ki, S.Sarkisyan dövlət maraqlarını satıb. Lakin iqtidar bütün bunlara sakit reaksiya verməklə mövqeyindən dönməyəcəyini çatdırdı.

2013- il dekabrın 24- Moskvada Avrasiya Ali İqtisadi Şurasının iclasında Ermənistanın Gömrük İttifaqına üzv olması ilə bağlı "yol xəritəsi"nin təsdiq edilməsi mübahisələrə tərəddüdlərə son. Tədbirdən sonra Rusiya prezidenti bəyan edib ki, "...biz bu məsələni (Ermənistanın Gömrük Ittifaqına üzvlüyünü - müəllif) uzun müddət sandığa atmayacağıq".

Erməni tərəfi isə müqavilənin 2014- ilin may ayında imzalana biləcəyini bildirib. Bu barədə İrəvanda keçirdiyi mətbuat konfransında məlumat verən baş nazir T.Sarkisyan bunun üçün işçi qruplarının yaradıldığını prosesin sürətlə getdiyini vurğulayıb. Rəsmi İrəvan bunları ölkənin Gömrük İttifaqına daxil olmaqdan əldə edəcəyi dividendləri təbliğ etməsi fonunda həyata keçirir.

Məsələn, prezident S.Sarkisyan Ermənistanla Rusiya arasında aviaəlaqələrin artaraq həftədə 139 dəfəyə çatdığını bildirib. Hazırda Ermənistanda 1300 Rusiya şirkəti fəaliyyət göstərir. Ermənistan prezidentinin dediyinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 1 milyard 300 milyon ABŞ dollarını keçib. Bu, Rusiyanın Ermənistan üçün əsas ticarət tərəfdaşı olması deməkdir.

Moskva ilə İrəvan arasında baş verən bu cür yaxınlaşmanın fonunda Avropa İttifaqı ilə münasibətlərin tənzimlənməsi özlüyündə maraq doğurur. Çünki avropalılar, adətən, bu kimi tərəddüdləri bağışlamırlar. Lakin bu dəfə Brüssel bizləri "orijinal obyektivliyi" ilə təəccübləndirməkdədir. Məsələ ondan ibarətdir ki, Ermənistanla əlaqələrin inkişafı istiqamətində fəaliyyətini bərpa edib! Brüsseldə hesab edirlər ki, Rusiya ermənilərin təhlükəsizliyini təmin etməlidir. Hərbi sahədə Kremlin dominantlığı qəbul olunmalıdır.

 

Kremlin sərt baxışları altında 

Erməni kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara görə, hazırda ölkədə Rusiya hərbi qüvvələrinin sayı artırılır. Gümrüyə əlavə qüvvələr yerləşdirilir. Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi poliqonuna çevrilib. Ekspertlər hesab edirlər ki, burada əsas məqsəd Rusiyanın Yaxın Şərq İran məsələlərində daha çevik hərbi siyasət yeritməsi üçün Ermənistandan baza kimi istifadə etməkdən ibarətdir. Belə çıxır ki, Brüssel Cənubi Qafqazda Rusiyanın hərbi cəhətdən güclənməsi ilə barışıb. Digər tərəfdən, Moskvanın postsovet məkanı ölkələrinə maliyyə yardımı etməsinə ciddi müqavimət göstərmir. Bunlar geosiyasi aspektdə nəyi ifadə edirlər?

Ekspertlərin qənaətinə görə, avropalılar "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində fərqli siyasət yeritməyə başlayıblar. Onlar Rusiyanın üzərinə sərt şəkildə getməkdən imtina edirlər. Eyni zamanda, mehriban qonşuluq münasibətləri saxlamaq istədikləri ölkələrdə vətəndaş cəmiyyəti qurulması prosesinə daha çox dəstək vermək kursu götürüblər. Lakin bu əlamətlər daha çox Ermənistanla əlaqələrdə özünü göstərir.

Belə ki, son vaxtlar Brüssellə İrəvan arasında bir sıra sahələr üzrə razılaşmalar əldə edilib. Viza məsələsinin sadələşdirilməsi, readmissiya, sosial, iqtisadi siyasi islahatlara dəstək kimi aspektlərdə əməkdaşlıq haqqında razılıq əldə edilib. Maraqlıdır ki, bu proses nəinki zəifləyir, hətta son zamanlar bir qədər intensivləşir. Bununla yanaşı, rəsmi İrəvanı insan hüquqlarına əməl etməyə çağırıb.

Təşkilatın genişlənmə məsələlərinə məsul olan komissarı Ştefan Füle Ermənistan hökumətini vətəndaş cəmiyyəti nümayəndələrini, hüquq müdafiəçilərini qorxutmamağa, bir sıra cinayət işlərini obyektiv araşdırmağa dəvət edib.

Ekspertlər -nin Ermənistana qarşı bu cür loyallığının arxasında xüsusi məqsədlərin dayandığı qənaətindədirlər. Onlar hesab edirlər ki, məsələ Qərbin Cənubi Qafqazda daha ehtiyatlı siyasət yeritməsinə bağlıdır. Çünki baş verən hadisələr göstərdi ki, Avropanı cəmiyyətlərdə müdafiə edən kəsimlər elə güclü deyillər. Onlar Moskvanın atdığı addımlara qarşı müqavimət göstərə bilmirlər. Eyni zamanda, hansı ölkələrdə məhz vətəndaşların Avropa dəyərlərinə böyük inamı var, orada başqa geosiyasi güclərə qarşı etirazlar davamlı olur.

Ukrayna təcrübəsi bunu sübut etdi. Kiyevdə insanlar ən pis hava şəraitində belə meydanda qaldılar. Bu proses indi davam edir. Lakin burada digər faktorlara da diqqət yetirmək lazımdır. Avropa İttifaqı maliyyə, hərbi siyasi sahələrdə təşəbbüsü Rusiyaya verir, ancaq insanların şüuruna təsiri gücləndirir. Rəsmi İrəvana olan etirazlar, əsasən, insan haqları, söz azadlığı, cinayət işlərinin obyektiv araşdırılması kimi məsələlərlə bağlıdır. Belə çıxır ki, faktiki olaraq Ermənistanla gələcək münasibətlərə hazırlaşır.

 

Region dövlətlərinin reaksiyası 

Onu deməliyik ki, məsələ bununla tamamlanmır. Çünki -Ermənistan əlaqələrinə İrəvandan, Tehrandan, Ankaradan, Bakıdan Moskvadan fərqli münasibətlər mövcuddur. Bütün bunları nəzərə almadan isə həmin mövzu haqqında tam təsəvvür əldə etmək mümkün deyildir. Ermənilər ənənəvi ambisiyalarından əl çəkməyiblər. Onlar hesab edirlər ki, Ermənistan həm Avropa İttifaqı, həm Gömrük İttifaqı ilə münasibətlərdə imtiyazlara malik olmalıdır. Bunu açıqca yazırlar: "Ermənistan həm -, həm - imtiyazlara ümid edir". Erməni siyasətçilərin bu cür ərköyün mövqedə olmalarının psixoloji səbəbləri aydındır. Onlar tarixən yalnız kənar qüvvələrin hesabına nələrəsə ümid ediblər. Ancaq müasir milli dövlətçilik prizmasından yanaşanda isə reallıqda erməni siyasi şüurunun növbəti faciə mərhələsinə qədəm qoyduğunu görə bilərik.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, kiçik bir dövlətin sosial-iqtisadi, siyasi mədəni inkişafını bir dövlətin, təhlükəsizliyinin təminini isə başqa ölkənin üstünə atması onun perspektivsizliyindən xəbər verir. Dünyada heç bir dövlət başqasının təhlükəsizliyinə daim təminat verə bilməz. Çünki müasir həyat elədir ki, hər şey sürətlə dəyişir. İrəvan Rusiyanın hərbi gücünə, Avropanın isə iqtisadi qüdrətinə arxalanıb, Cənubi Qafqazda imtiyazlı geosiyasi mövqe tutmağa çalışırsa, mənasız ağılsız bir hərəkət edir. Dünyanın böyük geosiyasi gücləri hər şeydən əvvəl öz maraqlarını düşünürlər. Təsadüfi deyil ki, son zamanlar müxtəlif ekspertlər Qərb ölkələri Rusiyanın Ermənistan istiqamətində yeritdikləri siyasəti təhlil edərkən fərqli mənzərələr alınır.

A.Ayvazyan "Ermənistanın müasir dünyada yeri" adlı təhlili yazısında həmin məqamın bir çox aspektlərini ifadə. Müəllif hesab edir ki, ABŞ, Fransa Polşa İrəvana qarşı həmişə tam obyektiv mövqe tutmayıb. Məsələn, Amerikada ermənilərin cinayətkar qrupu darmadağın edilib rəsmi Vaşinqton, ümumiyyətlə, diasporla tam anlaşa bilməyib. Guya erməni diasporu həmişə müstəqil mövqe tutduğundan ABŞ hakimiyyəti heç zaman sona qədər Ermənistanı müdafiə etməyəcək. Fransa Polşa ilə əlaqələrdə bir qədər fərqli mənzərə olsa da, mahiyyətcə analoji vəziyyət yaranmışdır.

Bütün bunların fonunda A.Ayvazyan belə bir nəticə çıxarır ki, "Avropa Amerika ermənilər üçün üfüqdə görünməyən bir məkandır. Ancaq Ermənistanın tarixi, siyasi-hüquqi, coğrafi, iqtisadi oriyentirləri onun yolunun Rusiyaya olduğunu göstərir... Xalq unutmur ki, erməni dövlətinin yaranması mövcudluğu müstəsna olaraq Rusiyanın Cənubi Qafqazdakı missiyası ilə şərtlənmişdir" (bax: əvvəlki mənbəyə). Təbii ki, bir müəllifin yazısı əsasında ümumi qəti nəticə çıxarmaq inandırıcı görünmür. Lakin faktdır ki, bu kimi qiymətləndirmələr az deyillər. Onlar bütövlükdə Ermənistanın müasir geosiyasi mühitdə çox ziddiyyətli tərəddüdlü mövqe tutduğunu göstərir.

İndi hətta İran Rusiyanın Ermənistanla bağlı yeritdiyi enerji siyasətini qəbul etmək istəmir. Tehran İrəvana bildirib ki, daha ucuz qiymətə qaz sata bilər. Ekspertlərin fikrinə görə isə, Moskva Ermənistanı İran məsələsinə təsir imkanları aspektində ən qısa yol hesab edir. Problemin bu tərəfi ilə əlaqədar isə xeyli mürəkkəbliklər meydana gəlmişdir.

Türkiyə mətbuatının Qətərin "Əl-Ərəb" qəzetinə istinadən yaydığı informasiyada bildirilir ki, İrana ABŞ sərmayələri axmağa başlayıb. Bu dəyişikliyin bütövlükdə Yaxın Şərqdə geosiyasi qüvvələr nisbətini pozacağı qənaəti vardır. O cümlədən, Amerikanın Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, Suriya kimi ölkələrə münasibətində yeniliklərin olacağı gözlənilir. Həmin kontekstdə Rusiya faktoru Qərb geosiyasəti üçün fərqli rakursda məzmun kəsb edə bilər. Məsələn, İranın strateji müttəfiq obrazı dəyişər s. Bu halda Moskva necə hərəkət etməlidir? O, faktiki olaraq çoxməchullu riyazi formulu həll etməklə üz-üzə qalıb.

 

Perspektivsiz siyasətin bəzi aspektləri

Digər tərəfdən, 2014- ildə Vaşinqton Əfqanıstandan hərbi qüvvələrini çıxaracaq ki, bununla "əl-Qaidə" kimi qruplaşmaların diqqəti Çinə Rusiyaya çevrilə bilər. İndidən hiss olunur ki, müsəlman faktorunu Kreml daha ciddi qəbul etməyə başlayıb. Təbii olaraq, təhlükəsizliyin təmini istiqamətində yeni addımlar atmağa başlayıb. Erməni ekspertlər məhz bu kontekstdə Ermənistanın Rusiya ilə İran arasında "sıxıldığını" vurğulayırlar.

Burada onlar Dağlıq Qarabağ məsələsini ayrıca qeyd edirlər. Çünki Ermənistanın Türkiyə Azərbaycanla münasibətlərində bu problem birinci dərəcəli rol oynayır. Təsadüfi deyil ki, Dağlıq Qarabağın Gömrük İttifaqına üzv olacağı ilə əlaqədar erməni KİV-i mütəmadi olaraq informasiyalar yayır. Hesab edirlər ki, rəsmi İrəvan bu məsələyə görə, Gömrük İttifaqına daxil ola Avrasiya inteqrasiya prosesinə qoşula bilər. Arqument kimi isə Avropa İttifaqının Dağlıq Qarabağ məsələsinə olan münasibətini gətirməyə çalışırlar.

Son dövrlərdə həmin mövzuya həsr edilmiş bir məqalədə belə bir mövqe öz ifadəsini tapmışdır. Arsen Levonyan "Panarmenian" saytında yazır ki, "Avropa Arsaxı (Dağlıq Qarabağı ermənilər belə adlandırırlar - Newtimes.az) Ermənistandan ayıracaq". Müəllif çalışır ki, Avropanı anti-Ermənistan əhval-ruhiyyəsində göstərsin. Brüsselin heç zaman Türkiyə Azərbaycana görə, Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul etməyəcəyini ifadə edir. Bunun üçün Böyük britaniyalı S.Manukyan çexiyalı ekspert E.Lernerin fikirlərini gətirir. E.Lerner deyib ki, "Avropa İttifaqı... Dağlıq Qarabağı tanımır tanımayacaq... Avropalılar heç zaman Ermənistanın Dağlıq Qarabağın protektoru statusunu qəbul etməyəcək..."

Bunun fonunda isə erməni ekspertlərin bir qismi Rusiyanı daim Dağlıq Qarabağ məsələsində ermənilərin tərəfdarı kimi göstərirlər. Burada məntiq aydındır - bəzi dairələr Dağlıq Qarabağ problemindən Ermənistan- Ermənistan-Rusiya münasibətlərinin spekulyativ təsviri üçün istifadə edirlər. Məsələ ondan ibarətdir ki, onlar Rusiyanın Azərbaycana silah satması faktını da məhz eyni saxta məntiqlə tamamilə fərqli məzmunda izah etməyə çalışırlar. Onlar bu kontekstdə Moskvanı satqınlıqda, türklərlə birləşib erməniləri pis vəziyyətə qoymaqda ittiham edirlər.

Bu adamlar o qədər qeyri-ciddi düşünürlər ki, bir tərəfdən, Ermənistanı dövlət kimi Rusiyanın yaratdığını deyirlər, digər tərəfdən isə, İrəvanın müstəqil siyasət yeritdiyi iddiasını irəli sürürlər. Hətta Dağlıq Qarabağı Rusiyanın, Qərbin Ermənistanın əlindən ala bilməyəcəyi kimi absurd fikirlərə dalırlar.

Bütün bunlara rəğmən, yuxarıda qeyd edilənlər erməni xarici siyasətinin reallıqlarıdır. Ermənistanın Avropa İttifaqı ilə ziddiyyətlərlə dolu münasibətlərinin yaxın gələcəkdə hansı məzmun kəsb edəcəyi haqqında dəqiq fikir söyləmək çətindir. Ancaq indidən aydındır ki, rəsmi İrəvan heç zaman müstəqil siyasət yeridə bilməyəcək daim güclülər arasında tərəddüd edəcək. Bu cür vəziyyət başqa səbəblərlə yanaşı, Cənubi Qafqazın təhlükəsizliyinə qeyri-müəyyənlik gətirəcək. Geosiyasi terminologiyada bu, regionda Ermənistanın uzun müddət risk mənbəyi olaraq qalacağı anlamına gəlir.

Problemin bu tərəfi regional qlobal miqyasda düşündürücü məqamları ortaya qoyur. Belə ki, böyük dövlətlərin nüfuz uğrunda gərgin mübarizəsi dövründə Ermənistan daim pozuculuq funksiyasını yerinə yetirməli olacaq. Marginallıq həmin ölkənin artıq mahiyyətinə hopmuşdur. Buradan erməni dövlətçiliyinin iflası aspektində mühüm nəticələr çıxarmaq mümkündür.

Birincisi, belə görünür ki, bundan sonra Azərbaycan Gürcüstan müstəqil milli dövlətçiliyin inkişafı istiqamətində gedəcəklərsə, Ermənistan tamam əks yöndə mövqe tutacaq. Bu da öz növbəsində regionun siyasi, geosiyasi mədəni-iqtisadi bütövlüyünə böyük təhlükədir. Tamamilə məntiqidir ki, İrəvanın belə bir mövqeyi regionun güclü dövlətlərini daim üz-üzə qoya bilər. Deməli, Cənubi Qafqaza kənar təsirlər yaxın perspektivdə qalacaq.

İkincisi, regionun enerji təhlükəsizliyi məsələsində Ermənistanın mənfi rol oynamasının davam edəcəyini proqnozlaşdırmaq olar. Böyük dövlətlər öz maraqlarına uyğun İrəvanla manipulyasiya edəcəklər. Bunun nəticəsi isə enerji faktorunun geosiyasi təzyiq amili kimi istifadəsindən ibarət ola bilər.

Üçüncüsü, Ermənistanın Avropa İttifaqı ilə səmimi əməkdaşlıq etmək imkanlarının çox az olduğunu görürük. İrəvan indiyə qədər Brüsseli aldadıb. Onun Tehran Moskva arasında sıxışdırılması həmin tendensiyanı daha da gücləndirə bilər.

Dördüncüsü, rəsmi İrəvan Dağlıq Qarabağ məsələsindən özünü baha satmaq üçün istifadə edəcək. Ermənistanın bu məsələdə səmimi olacağına inanmaq çətindir. Bu vəziyyət vasitəçilərin səmərəli fəaliyyət göstərməsi ehtimalının az olduğunu təsdiqləyir. Deməli, ya vasitəçilər dəyişməlidir, ya da Ermənistan rəhbərliyinə çox ciddi təzyiqlər olmalıdır.

Bunlar yekun olaraq onu sübut edir ki, Ermənistanın Avropa siyasəti yarımçıq qeyri-səmimidir. Erməni siyasətçilərinin bir qismi diaspor, digər hissəsi isə radikal milliyyətçilik çərçivəsindən kənara çıxa bilməyib. Dünya isə bu məhdud dairədən çoxdan uzaqlaşıb.

Kamal Adıgözəlov

 





11.02.2014    çap et  çap et