525.Az

Akademik İsa Həbibbəylinin məqaləsi Türkiyədə işıq üzü görüb


 

Akademik İsa Həbibbəylinin məqaləsi Türkiyədə işıq üzü görüb<b style="color:red"></b>

AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Azərbaycan-Türkiyə birliyi: Türk dünyası üçün örnək" adlı məqaləsi Türkiyənin "Doğru söz" qəzetində işıq üzü görüb.

525.az xəbər verir ki, məqalədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Dağlıq Qarabağda və ətraf rayonlarda işğal edilmiş torpaqlarımızın düşməndən azad edilməyə başlandığı ilk gündən etibarən qardaş Türkiyənin ölkəmizə və xalqımıza hər cür siyasi və mənəvi dəstək göstərdiyi vurğulanıb.

Eyni zamanda, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, eləcə də diplomatik gedişlərinin Azərbaycanın qədim ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verdiyi, xalqımıza və əsgərlərimizə böyük ruh yüksəkliyi gətirdiyi məqalədə əksini tapıb.

 





15.11.2020    çap et  çap et