525.Az

Kanadada yaşayan soydaşlarımız etiraz tədbiri keçiriblər


 

Kanadada yaşayan soydaşlarımız etiraz tədbiri keçiriblər <b style="color:red"></b>

Ötən şənbə günü Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar dövründə Ermənistan tərəfindən münaqişə zonasından kənarda qətlə yetirilmiş mülki şəxslərlə bağlı anım mərasimi keçiriblər.

525.az xəbər verir ki, tədbirin məqsədi Gəncədə, Bərdədə, Tərtərdə və digər ərazilərdə yaşayan dinc əhaliyə qarşı törədilən terror aktları ilə bağlı Kanada ictimaiyyətini məlumatlandırmaq idi.

Tədbir iştirakçıları sülhün bərqərar olması, dinc əhaliyə qarşı terror aktlarının qınanması və buna son qoyulması, eləcə də günahkarların cəzalandırılması ilə bağlı fikirlər səsləndiriblər:
 
“Biz hyatlarını itirmiş və xəsarət almış soydaşlarımızın acılarına şərik oluruq. Onları xatırlamaq və bu vandalizmə qarşı etirazımızı yaşadığımız cəmiyyətin nümatyəndələrinə çatdırmaq bizim borcumuzdur”.

Tədbirdə bir sıra simvolik mesajlardan istifadə olunub. Dinc əhalinin daha çox gecə vaxtları qətlə yetirilməsini çatdırmaq üşün yastıqlardan istidadə olunub. Yastıqlar üzərində qətlə yetirilən insanların adları qeyd edilib, qərənfillər düzülüb.
 
Tədbir iştirakçıları əllərində günahsız insanların öldürülməsinə etiraz ifadə edən “Bəzən eşidilmədilmədiyimiz üçün yazmalıyıq”, “Bəzən ağrının ən dərin ifadəsi sükutdur” məzmunlu posterlər tutublar. İki saat davam edən tədbir yerli media tərəfindən izlənilib.

Tədbiri Kanadada yaşayan aərbaycanlı gənclər təşkil ediblər.

Tədbirla bağklı www.armeniakills.com saytından ətraflı məlumat əldə etmək olar.




 





16.11.2020    çap et  çap et