525.Az

Bolqarıstan Azərbaycandan qaz alacaq


 

Bolqarıstan Azərbaycandan qaz alacaq<b style="color:red"></b>

"2021-ci ilin yanvarın 1-dən Bolqarıstan Azərbaycandan qaz almağa başlayacaq".

525.az-ın Trend-ə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Boyko Borisov deyib.

Nazir bildirib ki, beləliklə Bolqarıstan enerji tədarük mənbələrinin tam şaxələndirilməsinə nail olacaq.

O əlavə edib ki, Yunanıstan-Bolqarıstan interkonnektorunun tikintisi tam sürətlə davam edir:

"Bu interkonnektorla Bolqarıstan Aleksandrupolis mayeləşdirilmiş qaz terminalından ABŞ, Qətər, Əlcəzair, İsrail, Misir və Azərbaycandan qaz əldə edəcək. Layihə bütün bolqarlar və qonşulara faydalı olacaq".

 





16.11.2020    çap et  çap et