525.Az

Gürcüstanın azərbaycandilli məktəbi bağlandı - Səbəb


 

Gürcüstanın azərbaycandilli məktəbi bağlandı - <b style="color:red">Səbəb</b>

Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin azərbaycandilli ictimai məktəbində koronavirus aşkarlanıb.

525.az “Report”a istinadən xəbər verir ki, məktəbin bir neçə müəlliminin COVID-19-a yoluxduğu təsdiqlənib.

Bu səbəbdən siniflərdə dərslər dayandırılıb və təhsil müəssisəsi distant rejimə keçib.

Məktəbdə dezinfeksiya işləri aparılacaq.

Saqarecoda mövcud 26 ictimai məktəbin 16-da tədris prosesi adi, 10 məktəbdə isə artıq bir neçə həftədir distant formada davam etdirilir.

 





17.11.2020    çap et  çap et