525.Az

Zəfər bayatıları - Mina Rəşid


 

Zəfər bayatıları - <b style="color:red">Mina Rəşid </b>

Yaşasın mərd oğullar,
Cəsur, comərd oğullar.
Elimə arxa-dayaq,
Yağıya dərd oğullar

Bura - bizim Qarabağ,
Yarı dağdı, yarı bağ.
Ayağında çiçəyə,
Başındakı qara bax.

Sevin bu gün, gül bu gün,
Yadda saxla, bil bu gün.
Şuşamız azad oldu,
Nəğmə deyir dil bu gün.

Gözəl yerdi - Şuşadı,
Büllurdandı, şüşədi.
Xarıbülbülün yurdu
Dağ başıdı - Şuşadı.

Həsrətliydim Ağdama,
Qara dama, ağ dama.
Bəsdir, bitsin həsrətim,
Üz tuturam Ağdama.

Yol uzanır Laçına
Qayaları laçına.
Az qaldı qovuşmağa,
Xəbər çatıb Laçına.

Vaxt gülür Kəlbəcərə,
Baxt gülür Kəlbəcərə.
Nənəm elə sevinir,
Xoş gəlir Kəlbəcərə...

 





17.11.2020    çap et  çap et