525.Az

Zamanı tələsdirməyək... - Sosial şəbəkədə yazılanlar


 

Zamanı tələsdirməyək... - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Süleyman Peyğəmbərin iki qadının iddiaçı olduğu körpəni həqiqi anasına necə qaytarması haqqındakı pritça yadınızdadırmı?

Peyğəmbərin qərarı çox dəhşətli olur.

Uşağı iki yerə parçalayıb hər yarısını bir qadına verməyi əmr edir.

Onlardan biri tərəddüdsüz razılaşır.

İkincisi isə dərhal iddiasından əl çəkib uşağın birinci qadına verilməsini istəyir.

"Bilindi ki, uşağın əsl anası sənsən!" - deyə Peyğmbər ona övladını da götürüb getməyi əmr edir.

Ermənilərin Kəlbəcərdə törətdikləri vəhşiliklər - meşələri, evləri yandırmaları, hər şeyə bacardıqları qədər zərər vurmağa çalışmaları bu pritçanı yadıma saldı.

Bizim insanlar yurdlarını tərk edəndə bir budağı da qırmamışdılar, bir pəncərə şüşəsini də sındırmamışdılar. Çünki özlərinin idi.

Ermənilər isə qaraçı köçü kimi gəlmədirlər. Ona görə də müvəqqəti sahibləndikləri yerlərdən qaçanda "Bizdən sonra lap dünya dağılsın!" prinsipi ilə hərəkət edirlər.

Əsas odur ki, rədd olub getsinlər!

İradə Tuncay, jurnalist:

- Bir söz deyim, qalanın özünüz fikirləşin. Sovet İttifaqı slavyan və türk respublikaları birliyi idi. Erməni işə qarışanda dağıldı. İndi rus imperiyasında deyirsiz bunu unudublar? Qətiyyən... Və rus ona görə cəzalandırdı ermənini... Narahat olmayaq. Bir ovuc erməni kimsəyə lazım deyil. Erməni də bunu anlayır və yeni qucaq axtarır... Zamanı tələsdirməyək... Rus-Türk birliyi əbədidir. Çünki kök eynidir...

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Azərbaycanın formalaşdırdığı yeni reallıq nələri diktə edir?

Sual: Ermənilər görəsən, nə vaxtsa darmadağın olmağı, məğlubiyyəti, kapitulyasiyanı unudacaqlarmı? Bizim qələbəmizi həzm edə biləcəklərmi?

Cavab: Ehtimal sıfıra yaxındır.

Sual: Erməni ilə birgə yaşamaq, onlara inam və etibar bundan sonra mümkün ola bilərmi?

Cavab: Ehtimal sıfıra yaxındır.

Sual: Ermənilər bundan sonra nə edəcəklər? Yenidən güclənib, revanş edə biləcəklərmi?

Cavab: Ehtimal etmək olar.

Nəticə:

Demək, savaş bitməyib. Əgər biz sülh, əmin-amanlıq, ərazi bütövlüyü və suverenlik istəyiriksə, onda gərək silahlar yerə qoyulmasın, hər zaman müharibəyə hazır olaq.

Nə etməli:

Ali Baş Komandanın tez-tez vurğuladığı bir məsələ var. Azərbaycan regionda, dünyada Yeni Reallıq formalaşdırıb. Region ölkələri və maraqlı tərəflər bu reallığı nəzərə almalıdırlar.

Yeni reallıq özündə nəyi ehtiva edir?

Düşünürəm ki, yeni reallıq müharibədən qalib çıxan Azərbaycanın müasir çağırışlar baxımından milli maraqlarında öz əksini tapmalıdır.

Düşünürəm ki, biz, qalib xalq, qalib dövlət olaraq, bu qalibiyyəti qorumaq və möhkəmləndirmək üçün bütün konseptual sənədlərimizə, doktrinalarımıza, milli təhlükəsizlik konsepsiyamıza yenidən baxmalıyıq.

Bütün sahələrdə, hərbi, texnoloji, siyasi, iqtisadi, informasiya və innovasiyalar sahəsində Milli Maraqlarımızı yeni formalaşdırdığımız reallığa uyğunlaşdırmalıyıq.

Afaq Vasifqızı, jurnalist:

- Tərtərin işğaldan azad olunan Talış kəndinin görüntülərinə baxdım. Cənnətin təki! Gözəllik!

Təlkif edirəm - kəndin tarixi adına uyğun olaraq lap mərkəzində müharibədə döyüşən qəhrəman talış qardaşlarımız üçün məxsusi gözəl bir məhəllə salınsın! Yaşasınlar, yaratsınlar, ənənələrinə uyğun 9-10 uşaq böyütsünlər, xoş firavan ömür sürsünlər!

Azərbaycan talışıyla, ləzgisiylə, yəhudisiylə, rusuyla, avarıyla, udiniylə gözəl!

Nurşən Quliyev, APA agentliyinin baş redaktoru:

- 1989-cu ildə Azərbaycan xalqı xarici mətbuatda "İlin xalqı" elan olunmuşdu. 2020-ci il üçün də Azərbaycan xalqı "İlin xalqı"dır.

Vüsalə Məmmədova, jurnalist:

- Unitazı aparmaqlarına təəccübləndim, məktəbi yandırmaqlarına heyrətləndim, qəbiri açıb sümükləri yığıb aparanda dərk elədim: İnsan ən çox günahlarından qorxar!

Məzarlarımızla, meyitlərimizlə, sümüklərimizlə elə davranıblar ki... Özləri də narahatdır... Bir ömür də belə günahla yaşayacaqlar...

Bu arada, "getdilər" deyib sevinməyək, Kəlbəcər mağaralarını yaxşı yoxlamaq lazımdır...

Aslan İsmayılov, hüquqşünas:

- Ruhunuz şad olsun, Məmməd Aslan, Şücaət Əhmədov, Bəhmən Vətənoğlu. Sizi Kəlbəcər dərdi öldürdü. Bunu mənə ölümündən az əvvəl rəhmətlik Məmməd qağa demişdi. Biz Kəlbəcərə qayıtdıq. Əminəm ki, Sizləri də Kəlbəcərə qaytaracağıq!

Ramiz Əskər, filologiya elmləri doktoru:

- Polad Bülbüloğlunun müsahibəsinə baxdım. Orada hər şey normaldır. Siz onun harasını bəyənmirsiniz? Düz deyir, müharibədə hər şey baş verir, o cümlədən, təsadüfən vertolyotu da vururlar. Bəlkə də ruslar özləri vurublar o vertolyotu. Bizi gözükölgəli etmək üçün. Ola bilər. Müharibədə hər şey baş verir. Cənab səfir çox dəqiq və məntiqli danışıb.

 





17.11.2020    çap et  çap et