525.Az

"Akkuyu"AES-in üçüncü enerji blokunun inşasına icazə verildi


 

"Akkuyu"AES-in üçüncü enerji blokunun inşasına icazə verildi<b style="color:red"></b>

Türkiyə hökuməti "Akkuyu" AES-in üçüncü enerji blokunun inşasına icazə verib.

525.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında deyilir.

"Akkuyu" AES-in üçüncü enerji blokunun inşası üçün lisenziya verilib. İlk reaktor 2023-cü ildə istismara veriləcək və enerji portfelimiz yeni bir enerji mənbəyi ilə şaxələndiriləcək. "Akkuyu" AES-in enerjisi bütün Türkiyəni işıqlandıracaq", - açıqlamada deyilir.

Qeyd edək ki, "Akkuyu" Türkiyənin cənub sahillərində inşası davam etdirilən atom elektrik stansiyasıdır. VVER-1200 tipli reaktorlu dörd enerji blokunun inşasını və istismara verilməsini əhatə edən AES Rusiya layihəsi əsasında inşa edilir. Zavodun tikinti müqaviləsi 2010-cu ilin may ayında imzalanıb. İnşasının tamamlanmasından sonra "Akkuyu" Türkiyənin ilk nüvə enerji stansiyası olacaq. Stansiyanın 2023-cü ildə istismara verilməsi nəzərdə tutulur.

 





18.11.2020    çap et  çap et