525.Az

İlahiyyat İnstitutunun rektoru birinci kurs tələbələri ilə görüşüb


 

İlahiyyat İnstitutunun rektoru birinci kurs tələbələri ilə görüşüb<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov birinci kurs tələbələri ilə onlayn görüş keçirib.

525.az xəbər verir ki, rektor öncə tələbələri 44 günlük Vətən Müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük zəfər münasibətilə təbrik edib. İyirmi yeddi sentyabrda Müzəffər və Şanlı Ordumuzun başlatdığı əks-hücum əməliyyatı haqqında fikirlərini bildirən A.Şirinov bu qələbənin şəhidlərimizin və qazilərimizin qanı və canı bahasına əldə edildiyini bildirib.

Daha sonra Aİİ rəhbəri koronavirus pandemiyasından söhbət açaraq bildirib ki, Qarabağda ön cəbhədə görünən düşmənlə mübarizə apardıq, amma hələ də görünməyən düşmənlə mübarizəmiz davam edir. Rektor tələbələri pandemiya dövründə qaydalara riayət etməyə səsləyib.

A.Şirinov Azərbaycan İlahiyyat İnstitutunda müəllim-tələbə münasibətlərindən də bəhs edib. O vurğulayıb ki, ali təhsil müəssisəsində təkcə müəllimlər deyil, digər əməkdaşlarımız da tələbələrlə ünsiyyət qurur, onların problemləri ilə maraqlanırlar. İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə yetişəcək tələbələrə öz tövsiyələrini verən rektor onlara dərslərə ciddi yanaşmağı, distant təhsildən yararlanmağı, dərslərdən faydalanmağı tövsiyə edib. Daha sonra tədris olunan xarici dillər barədə ətraflı məlumat verib.

S.QARAYEVA

 





18.11.2020    çap et  çap et