525.Az

"Azərbaycan əsgəri qəhrəmanlıq göstərərək dastan yaradıb" - Video


 

"Azərbaycan əsgəri qəhrəmanlıq göstərərək dastan yaradıb" - <b style="color:red">Video</b>

Azərbaycanın zəfəri mübarək olsun. Qarabağ zəfəri tarixdə yüzilliyin böyük hadisədir. Bu Qələbə Qafqaz regionuna yeni həyat gətirəcək.

525.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazıçılar Birliyinin (AYB) sədri Yaqub Öməroğlu ifadə edib.

Qazanılan möhtəşəm Qələbə münasibətilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla, şanlı Ordumuzu və xalqımızı təbrik edən AYB-nin sədri deyib:
 
“Bu zəfəri və Qələbənin yaratdığı sülhü məmnunluqla qarşılayırıq. Avrasiya Yazıçılar Birliyi olaraq hər an Azərbaycanın yanında olduq. “Qardaş qələmlər” jurnalımızın bir nömrəsini Qarabağın azadlığına həsr etdik. Azərbaycan əsgəri böyük qəhrəmanlıq göstərərək hərb dastanı yaradıb. Bu parlaq Qələbə barədə əsərlər yazmaqla Azərbaycana dəstəyimizi davam etdirəcəyik”.



 





19.11.2020    çap et  çap et