525.Az

Ermənistan müdafiə nazirinin sabiq müavini ölüb


 

Ermənistan müdafiə nazirinin sabiq müavini ölüb<b style="color:red"></b>

Ermənistan müdafiə nazirinin sabiq müavini, general-leytenant Manvel Qriqoryan ölüb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan “Respublika” partiyasının üzvü Karen Avaqyan bildirib.

Qeyd edək ki, oktyabrın 20-də səhhəti kəskin pisləşən M. Qriqoryanı reanimasiyaya yerləşdiriblər.

Xatırladaq ki, M. Qriqoryan Ermənistan parlamentinin sabiq deputatı olub. 2018-ci ilin iyun ayında onun barəsində cinayət işi başlanılıb və həbs edilib. M. Qriqoryan qanunsuz silah saxlamaqda və özgə əmlakını mənimsəməkdə təqsirləndirilib. Lakin 2020-ci ilin yanvar ayında məhkəmə səhhətində yaranmış problemlə bağlı onun barəsində həbs qətimkan tədbirini dəyişərək, M. Qriqoryanı azadlığa buraxıb.

 

 





19.11.2020    çap et  çap et