525.Az

"...Toyunda deyil, yas mərasimində iştirak etmək qismət oldu"


 

Bahar Muradova şəhid Eşqin Quliyevdən yazdı:

"...Toyunda deyil, yas mərasimində iştirak etmək qismət oldu"<b style="color:red"></b>

Milli Məclisin (MM) sədr müavini Bahar Muradova Azərbaycan Ordusunun fevralın 6-da şəhid olmuş əsgəri Eşqin Quliyevin Füzuli rayonundakı dəfn mərasimində iştirak edib. B.Muradova bununla bağlı öz kədərini "facebook" sosial şəbəkəsində ifadə edib. B. Muradova statusunda yazıb ki, bir millət vəkili kimi ona E. Quliyevin toyunda deyil, yas mərasimində iştirak etmək qismət olub: Onun qeyd etdiyinə görə, çox ağır dəqiqələr idi, Azərbaycan bayrağının üzərində asılmış şəkildə bir cüt göz aramsız olaraq bizi izləyirdi, bu gözlər həm ciddiyyət məsuliyyət ifadə edirdi. Vitse-spiker sonra qeyd edib ki,  özünə arxayınlıq inam da vardı onlarda,  öz gücünə, cəsarətinə dəyanətinə inam:  "Bütün bunların arxasından isə bir kədər qayğı oxunurdu onlarda. Sevinci isə çox axtardım, tapmadım. Elə bil alnına tuşlanan güllə səsindən perik düşmüş, daha rahat, daha təhlükəsiz bir yerdə gizlənmişdi. Əmisi Vaqif kişi onun haqqında çox həzin, titrək səslə, ancaq qürurla danışırdı - "Bahar xanım, vallah, desəm inanmazsınız. Eşqini elə bil ki, yüzlərlə ağır, samballı müdrik ağsaqqal kişilərdən yoğurub yapmışdılar. Heç 25 yaşlı gənc bir oğlana bənzəmirdi. Bir az da qaraqabaq qapalı görünərdi həmişə. Böyüklə böyük, kiçiklə kiçik idi.  Həyatın gözəllikləri, rəngarəng zövqlərinə marağı, əyləncə vaxt keçirməklə arası yox idi. Heç kimin qəlbinə dəyməz, heç kəsin sözünü çevirməzdi. Hansı işə buyursan, canla-başla yerinə yetirər, heç nədən şikayətlənməzdi. Özündən böyüklərin gözlərinə çox az hallarda baxardı. Daim öz aləmi dünyası ilə baş-başa idi elə bil. (bunları söyləyərkən dodaqları səyriyir, lakin özünü ələ alaraq sözünə davam edir). Bu da bizim öz dədə-baba torpaqlarımızdır. Kəndimiz Aşağı Seyidəhmədli isə işğal altındadır, bütün evlərimiz dağıdılıb. Biz bu yerlərə qayıdıb yenidən məskunlaşanda öz qəbristanlığımız yox idi. Dünyasını dəyişənləri digər kəndlərin qəbristanlığında, ya da məskunlaşdıqları yerdə basdırardıq. Sonra kənd ağsaqqalları yığışdıq, bir az yuxarıda təpənin başında qəbristanlıq üçün yer müəyyənləşdirdik. İndi orada 300-dək həmkəndlimiz dəfn olunub. Artıq Eşqinin son mənzili ordadır- atasının yanında.  Daha danışa bilmir, başını aşağı salıb susur, özünü ələ aldıqdan sonra sözünə davam edir. "Neynəmək olar, ay qızım, hər kəsin bir taleyi var, hərə bu dünyadan bir cür köçür. Onun da qisməti beləymiş. Amma şərəfli ölüm hər şeydən üstündür. Bir təsəllimiz var ki, o, bu torpağın azadlığı yolunda, namus, qeyrət üçün vuruşub, bu yolda da şəhid olub. Vallah qürur duyuruq, fəxr edirik ki, o, özü bu yolu seçdi, "mənim yerim ön cəbhədir"-deyib, cəsarətlə irəli atıldı.  Düşmənlə üz-üzə ən sonuncu mövqedə, təmas xəttindən 200 metr ara məsafəsində xidmət edirdi. Döyüş yoldaşları da deyir ki, hərbi tapşırıqları yerinə yetirəndə heç öz təhlükəsizliyinin qeydinə qalmaz, səngərin üzərinə qalxaraq düşmənin həmlələrinə cəsarətlə cavab verərdi. Həmin gecə belə olub, deyirlər. Doğrudur, mən orda olmamışam, yalan danışa bilmərəm. Əsgər yoldaşlarının söylədiklərini deyirəm. Yenə yarıyadək səngərdən qalxıb atəş açırmış, onu çəkib aşağı salıblar ki, düş aşağı, müəyyən olunmuş atəş nöqtələrindən cavab ver. Snayper gülləsi elə onu burada yaxalayıb. Düşmən həmin nişan nöqtəsində onu başından vurub".

Yenə səsi titrəyir, ancaq elə bil kövrəldiyi üçün özünü günahkar sayır. Onun ruhu bizi izləyən gözləri qarşısında zəif görünmək istəmir, özünü ələ alaraq sözünə davam edir.  "Bahar xanım, bu hadisədən bir həftə əvvəl ona fiziki keyfiyyətləri döyüş bacarıqlarını nəzərə alaraq, xüsusi hissələrdə xidmət etmək təklifi olunub. O isə qəti imtina edib. Ön cəbhədə qalmaq istədiyini deyib. Bir sözlə, öz taleyini şüurlu şəkildə özü seçdi,bu torpaq, bu xalq üçün canını belə əsirgəmədi. "Təki Vətən yaşasın" -dedi". Onu diqqətlə dinləyirəm. Bu sadə, müdrik ağsaqqal sanki bizə, onun dərdinə şərik olmağa gəlmiş Füzulinin icra başçısı Alı müəllimə, rayon ağsaqqallarına, idarə müəssisə rəhbərlərinə s. təskinlik verir. Elə bil çox kədərlənəcəyimizdən ehtiyat edir. Eşqinin toy mərasimində daha ürəklə iştirak etməli olan bizləri daha artıq ağrıtmaq istəmir. Dağ qüruru, dağ dəyanəti ilə dayanır qarşımızda. Sanki bayaqdan önümüzdə dayanan Eşqin adlı şəhidlik zirvəsi ilə yanaşı bir müdriklik zirvəsi ucalır. Bu cəsarətin dözüm mərdliyin ailədən, Eşqini yetirən, boya-başa çatdıran insanlardan qaynaqlandığını düşünürəm. heç nəyin həyatda təsadüfi baş vermədiyinə bir daha inamım möhkəmlənir. Dövlətimizə, xalqımıza təşəkkür edir. "Sağ olsun çox hörmətli Prezidentimiz, cənab Ali Baş Komandanımız. Çox böyük diqqət qayğı göstərdilər. Yerli icra orqanları, rayon rəhbərləri bütün bu müddət ərzində yanımızda oldular, bizə dayaq durdular. Xidmət etdiyi hərbi hissə rəhbərliyi, döyüş yoldaşları çox böyük ehtiramla yanaşdılar hər şeyə. Yeni müdafiə nazirimizə uğur cansağlığı arzulayıram. Bu məsələlərə diqqət çox yüksək səviyyədədir. Bizi qane edir. İnşallah qələbəyə inamımız böyükdür. qədər ki, Eşqin kimi oğullar var, Azərbaycan dövləti öz vətəndaşının əsgərinin yanındadır, inanırıq ki, biz öz torpaqlarımıza qayıdacağıq". O, bunu o qədər əminliklə söyləyir ki, insanda heç bir şübhə yeri qalmır. Düşünürəm, bu qoşa zirvəni fəth edən Vaqif Eşqin Azərbaycanın dünəni bu gününün vəhdəti timsalında sabahına uzanan müqəddəs bir yolun yorulmaz yolçularıdır. Vaqif kişi öz kökləri üzərində möhkəm dayanan Azərbaycan adlı bir ağacın gövdəsi, Eşqinlər isə onun günbəgün pərvazlanan qol-budağıdır. Bu kök o qədər möhkəmdir, onun yerləşdiyi bu torpaq o qədər münbitdir ki, qırılan hər budağın yerinə onlarca yenisi göyərəcək hər zaman da yaşıl olacaq. Qəlbim iftixarla doludur. Azərbaycan adlı bir məmləkətin işğala məruz qalmış Füzuli bölgəsinin Aşağı Seyidəhmədli kəndində kədərdən boğula-boğula şəhid vermənin qürurunu yaşayan bir el ağsaqqalını dinləyirəm. Özüm danışmağa lüzum görmürəm. Zatən hər şey deyilmiş...".

K.Həmzəoğlu

 





12.02.2014    çap et  çap et