525.Az

Xalq şairi Zəlimxan Yaqub haqqında yeni kitab


 

Xalq şairi Zəlimxan Yaqub haqqında yeni kitab<b style="color:red"></b>

Bu günlərdə Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun Xalq şairi Zəlimxan Yaqub haqqında kitabı işıq üzü görüb. Kitabın girişində deyildiyi kimi, Xalq şairi, müasir Azərbaycan, ümumən türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri olan, Azərbaycan poeziyasını əzbərdən bilən, onu səmimiyyətlə təbliğ etməkdən doymayan özü bu poeziyanın ən gözəl örnəklərini yaradan Zəlimxan Yaqubun həyat yaradıcılığına həsr olunmuş məqalələrin toplandığı bu kitab, hər şeydən əvvəl, onun genişmiqyaslı ədəbi, ictimai siyasi-ideoloji fəaliyyətinə ehtiramın məhsuludur. N.Cəfərov yazır: "Dahi sələflərə mükəmməl istedadla ( ləyaqətlə!) xələflik edən Zəlimxan Yaqubun xalq arasında qeyri-adi populyarlığı təsadüfi deyil. Çünki o, mənsub olduğu millətin ruhundan qopmuş, təbiətindən - mentalitetindən doğulmuş mütəfəkkir sənətkarlardandır".

"Elm təhsil" nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru Dəyanət Osmanlıdır.

 





12.02.2014    çap et  çap et