525.Az

Tbilisidə silahlı basqın: 9 nəfəri girov götürülüb - Yenilənib


 

Tbilisidə silahlı basqın: 9 nəfəri girov götürülüb - <b style="color:red">Yenilənib </b>

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə mikromaliyyə təşkilatının binasına silahlı basqınla bağlı məlumat yayıb.

525.az-ın APA-ya istinadən xəbərinə görə, Patrul Polisi Xidmətinin rəhbəri Vaja Siradze bildirib ki, paytaxtın Tsereteli prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərən mikromaliyyə təşkilatının binasına bir nəfər silahlı şəxs basqın edib.

"Bizdə olan məlumata görə, hazırda təşkilatın ofisində 9 girov və bir silahlı basqınçı var. Faktla əlaqədar oğurluq və qeyri-qanuni odlu silah daşıma maddələri ilə cinayət işi açılıb", - deyə V. Siradze bildirib.

Qeyd edək ki, insidentlə əlaqədar ofisin yerləşdiyi binanın sakinləri təxliyə edilib.

*** 17:54

Gürcüstanın paytaxtı Tbilisidə Tsereteli metrostansiyası yaxınlığında yerləşən mikromaliyyə təşkilatının ofisinə silahlı  basqın olub.

İnsidentlə əlaqədar əraziyə çox sayda polis cəlb olunub, binanın ətrafı mühasirəyə alınıb.

Silahlı şəxsin 10 nəfəri girov götürdüyü bildirilir.

 





20.11.2020    çap et  çap et