525.Az

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı)


 

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti<b style="color:red"> (davamı)</b>

tarix elmləri namizədi 

AZƏRBAYCANIN TANINMIŞ MİLYONÇU-XEYRİYYƏÇİLƏRİ 

İSA BƏY HACINSKİ

 

" İki məşhur qardaş olublar: İsa bəy Kazım bəy Hacınskilər.

" Xəzər dənizindəki Çələkən adası bu qardaşların ixtiyarında olub.

" Bibiheybətdə mədənləri olub.

" İsa bəyin ən əzəmətli binası Sahil küçəsindəki Qız qalasının yanında Roma Qotik üslubunda tikilmiş əzəmətli bina idi.

" 1912-ci ildə Mərdəkanda dövrələmə hasar içərisində alman modern üslubunda bir imarət tikdirmişdi.

 

İSA BƏY HACINSKİNİN

XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ

 

" 1904- ildə Bakıda "Hidayət" cəmiyyəti yaradılır. Bu cəmiyyət dini xarakterdə idi. İsa bəy Hacınski bu cəmiyyətin İdarə Heyətinin üzvü idi.

 

AĞABALA QULİYEV

(1862-?)

 

" 1862-ci ildə Bakının Keşlə kəndində anadan olub.

" Uşaqlıqdan dəyirman sahəsində çalışıb. Nəhayət varlandıqdan sonra dəyirman işini yenidən qurub, istehsal qüvvəsini artırır.

" O, Şimali Qafqazda un, düyü təmizləyən, kraxmal dəyirmanları tikdirib işə salır. Vladiqafqazda, Stavropolda, Samarada, Qroznıda tikdirdiyi dəyirmanlar ona bütün Rusiyada şöhrət qazandırır.

" 1916- il fevralın 13- Bakıda çörəyin satılmaması ucbatından qadınların "Babıy bunt" kimi tanınan aclıq qiyamı baş verir. Onun əvvəlcədən taxıl ehtiyatı görüb anbarlara vurdurması işi özünü doğruldur.

" 1905-ci il Rus inqilabından sonra A. B. Quliyevin görüşlərində qəribə dəyişiklik yaranır. O, qatı mürtəce olan Hacı Aslan Aslanbəyovun təsiri altına düşərək qaragüruhçulara meyl edir. Həmin ilin noyabrında Bakıda yaranmış "Yakor" təşkilatına daxil olur.

" 1920-ci ilin martında A. B. Quliyev İrana gedir. O, İranda olarkən Bakı bolşeviklər tərəfindən işğal edilir.

" A. B. Quliyev ailəsini Bakıdan çıxarda bilir. Bir müddət Təbrizdə, sonra İstanbulda yenidən İranda yaşayıb. O, burada dünyadan köçüb.

 

AĞABALA QULİYEVİN

XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ

 

" 1905-ci ildə təşkil edilmiş "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin ilk təsisçilərindən olub.

" 1917-ci ilin aprel-may aylarında Bakıya Türkiyədən, Rum elindən çoxlu qaçqınlar gəlmişdilər. Onları yerləşdirmək, isti paltarla ərzaqla təmin etmək sahəsində xeyli görmüşdü.

 

ƏJDƏR BƏY AŞURBƏYOV

 

" Əjdər bəy Aşurbəyov Bakının Sabunçu kəndində anadan olub. Məşhur geniş yayılmış Aşurbəyovlar nəslindəndir.

"O, neft sahəsində ilk fəaliyyətə ötənlərin sonlarından başlayıb.

"1893- ildə Sabunçudakı mədənlərində bir quyusu fontan vurur. Bu, onu dərhal milyonçular sırasına qaldırır.

" 1915-ci ildə Sabunçuda Nobelə icarəyə verdiyi neft mədəni ilə bağlı müqavilə sona yetir özü mədənləri idarə edir.

" Səməd Vurğun küçəsindəki Göy məscidi Ə. Aşurbəyov tikdirib.

"Bakıda vəfat edib.

 

AZƏRBAYCANIN XEYRİYYƏ TƏŞKİLATLARININ FƏAL ZİYALILARI

 

Əli bəy Hüseynzadə

(1864 - 1940)

 

l Böyük mütəfəkkir Əli bəy Hüseynzadə 24 fevral 1864- ildə Salyanda anadan olub.

l Tiflisdəki Qafqaz Ruhani İdarəsinin nəzdində olan molla məktəbində Rus Gimnaziyasında təhsil alıb. 1885-ci ildə Sankt-Peterburqa gedib oradakı universitetin fizika-riyaziyyat fakültəsində təhsil alıb.

l 1890- ildə İstanbulda hərbi-tibb məktəbinə daxil olub "İttihadi-tərəqqi" cəmiyyətində fəallıq göstərib.

l 1905-ci ilin iyun ayında "Həyat" qəzetini, 1906- ildə "Füyuzat" jurnalını Bakıda nəşr etdirib.

l 1908-ci ildə ittihadçı dostlarının dəvəti ilə Türkiyəyə gedir. İstanbul Darülfünunda  professor olaraq çalışır. 1918-ci ildə o, Ə. Ağaoğlu ilə birlikdə Türkiyə hökuməti tərəfindən Azərbaycanda olub, Nuru Paşa ilə görüşüb. 1925-ci ildə Ə. Hüseynzadə Bakıda keçirilən I Türkoloji qurultayda iştirak edib.

l Ə. Hüseynzadə 1940- ildə martın 17- Türkiyədə vəfat edib.

 

Əlimərdan bəy Topçubaşov

(1865-1934)

lƏlimərdan bəy Topçubaşov 1865-ci ildə Tiflisdə, qulluqçu ailəsində anadan olmuşdur.

lİlk təhsilini Tiflis gimnaziyasında, ali təhsilini Peterburq Universitetinin tarix-filalogiya hüquq fakültəsində almışdır.

lBirinci rus inqilabı dövründə xalqın azadlıq mübarizəsinə qoşulmuş,çar hökumətinin irticasına qarşı tədbirlərdə iştirak etmişdir.

lBakı Dumasının sədri olmuş,Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının -"İttifaqi - müslümün" yaradılması fəaliyyətində iştirak etmiş,I-IV qurultayların keçirilməsində böyük rol oynamışdır.

lAXC-nin yaranmasında əvəzsiz xidmətləri olmuş, fövqəladə səlahiyyətli nazir kimi İstanbula göndərilmişdir.

lAzərbaycanın ilk parlamentinin sədri olub.

lAzərbaycanın müstəqilliyini tanıtmaq məqsədilə Parisə yola düşən nümayəndə heyətinə rəhbərlik etmişdir.

l1920-1934- illərdə Parisdə mühacir həyatı yaşamış,Azərbaycanın müstəqilliyi uğrunda mübarizəni burada davam etdirmişdir.

l1934- il noyabrın 5- Parisin Sen-Deni rayonunda vəfat etmiş Müqəddəs Kloud qəbiristanlığında dəfn olunmuşdur.

Əhməd bəy Ağaoğlu

(1869-1939)

lƏhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə Şuşa şəhərində anadan olub.

lİlk təhsilini Şuşada "realnıy məktəb" alıb. Tiflis gimnaziyasında oxuduqdan sonra,ali təhsil almaq üçün Sankt-Peterburq Parisin Sarbonna universitetlərinə daxil olmuş müvəffəqiyyətlə bitirmişdir.

lTransqafqaziya seyminə keçirilən seçkilərdə müsəlman fraksiyasından üzv seçilib.

l1905-ci il erməni-müsəlman qarşıdurmalarının qarşısının alınmasında böyük rol oynamışdır.Erməni daşnaklarına qarşı "Difai" adlı özünümüdafiə təşkilatı yaratmışdır.

lÇar qüvvələrinin təqibləri səbəbindən bir müddət İstanbulda yaşamışdır. "Türk ocağı" türk milli hərəkatının aparıcı üzvlərindən biri olmuş,İstanbul Darülfununda müəllimlik etmişdir.

lOsmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi seçilmiş, "İttihad Tərəqqi" təşkilatının Mərkəzi-Ümumisinin üzvü olmuşdur.

l1918-ci ildə vətənə qayıtmış,1919-cu ildə Paris sülh konfransında AXC nümayəndə heyətinin tərkibində iştirak etmişdir.

lŞura hökuməti qurulduqdan sonra Türkiyəyə getmiş, "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru M.K.Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində çalışmışdır.

lBirinci Dünya müharibəsinin sonunda ingilislər tərəfindən Maltaya sürgün edilib.

l "Hindistan İngiltərə", "Mən nəyəm?", "Könülsüz olmaz", "Sərbəst insanlar ölkəsində" s.kimi əsərlər yazmışdır.

1939-cu ildə Türkiyədə vəfat etmişdir.


Ömər
Faiq Nemanzadə

(1872-1937)

lÖmər Faiq Nemanzadə 1872-ci ildə Ahıska (Axalsıx) Qəzasının Azqur kəndində anadan olmuşdur.

lİlk təhsilini kənd camesində almış, sonra İstanbula gedərək "Fateh" məktəbində təhsilini davam etdirmişdir.

lŞəkidə dünyəvi elmlərdən dərs demiş, Şamaxıda milli məktəbin təşkil edilməsində iştirak etmişdir.

lTiflisdə çıxan "Şərqi - Rus" qəzetində çalışmışdır.        

l"Molla Nəsrəddin" jurnalının nəşr olunmasında böyük rolu olmuşdur. "Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat" kimi mətbuatı orqanlarında çıxış etmişdir. Bu imzalarla  yazırdı - Ümidvar, Ümid, Lağlağı, Mozalan.

l "Gürcü işi" adlı  əməliyyatın başlanması ilə əlaqədar dərhal ictimai - siyasi fəaliyyətini dayandırmış, Gəncəyə köçüb, qəzet jurnallarla sıx əməkdaşlıq etmişdir.

lCənub - Qərbi Qafqazda ilk müstəqil türk respublikası "Ahıska hökuməti - müvəqqətəsi" hökumət rəisi seçilmişdir. Hakimiyyəti ələ keçirmiş menşeviklər tərəfindən həbs edilmiş, sonra xalqın təkidi ilə azadlığa buraxılmışdır.

lGəncə Zəraət Texnikumunun direktoru, "Zəhmətkeşlər gözü" jurnalının redaktoru, "Yeni  fikir" redaksiya heyətinin üzvü kimi vəzifələrdə çalışmışdır.

l1937-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur.


Haşım
bəy Vəzirov

(1867-1916)

l Vəzirov Mir Haşım bəy Mir İman bəy oğlu 1867-ci ildə Şuşa şəhərində anadan olub.

l İlk təhsilini molla yanında, sonra isə şəhər məktəbində almışdır.Daha sonra İrəvan Müəllimlər Seminariyasında oxumuşdur.

l Bir müddət Şuşada "müsəlman-rus" məktəbinin müdiri vəzifəsində çalışmışdır.

l 1905-1906- illərdə erməni quldurlarına qarşı mübarizə aparmışdır.Bir müddət Stavropolda sürgün həyatı yaşayıb.

l Bakıda "İrşad" qəzetinin müvəqqəti redaktoru olub. 1907-ci il aprelin 1- "Tazə Həyat",sonra isə "Səda" qəzetlərini nəşr etdirmişdi.

l 1911 - ci ildə həbs olunur.Azadlığa çıxdıqdan sonra bir-birinin ardınca "Qafqazist", "Sədayi-Vətən", "Sədayi-Həqq", "Sədayi-Qafqaz" qəzetlərini  nəşr etdirir. "Məzəli" satirik jurnalının mühərriri olub.Tərcüməçi kimi fəliyyət göstərib.

l "Döymə qapımı,döyərlər qapını", "Evlənmək su içmək deyil", "Xan-xan" adlı komediyaların müəllifidir.

l1916- ildə dünyasını dəyişib.

(Ardı var)

 





12.02.2014    çap et  çap et