525.Az

Erməni şizofreniyası və ya "sirkəli tarix" - Şahanə Müşfiqin araşdırması


 

Erməni şizofreniyası və ya "sirkəli tarix" - <b style="color:red">Şahanə Müşfiqin araşdırması</b>

"Şizofreniya" sözünün mənşəyi iki yunan sözü - "parçalanma" və "fikir"ə dayanır, çünki şizofren xəstələrin beyinlərində və reallıqda baş verən hadisələr arasında parçalanma olur. Loru dildə desək, bu xəstələr beyinlərində qurduqlarıyla reallıq arasındakı fərqi itirir, onları bir-birinə qarışdırırlar.

Millət olaraq, özünün qədim tarixə malik olduğuna, keçmiş dövlətçilik ənənələri olduğuna inanan erməni millətini əsl şizofren adlandıra bilərik. "Erməni şizofreniyası" adlandırılan bu xəstəlik tarix boyu millətin qanına, canına, şüuraltına o dərəcədə hopub ki, onlar zaman-zaman bu inandıqlarını həyata keçirmək üçün soyqırımlar, qırğınlar törətməkdən, qonşularını öz torpaqlarından didərgin salmaqdan belə çəkinməyiblər. Onların "Dənizdən dənizə Ermənistan" xülyası təkcə Türkiyə, Azərbaycan üçün deyil, elə özləri üçün də çox bəlalara səbəb olub.

"Erməni şizofreniyası"nın bir başqa xüsusiyyəti də özlərinin qədim tarixə malik olduqlarına inanmaqları və bunu bütün dünyaya inandırmağa çalışmaqlarıdır. İngilis səyyahı Vilson deyirdi ki, "ermənilər acgöz və tamahkardır, onlar istənilən bir cəfəngiyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər və bunları yalnız başqalarına edirlər".

Çox şükür ki, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyilə şanlı Ordumuz 30 ilə yaxın davam edən Qarabağın işğalına artıq son qoyub və bir aya yaxındır ki, o torpaqlarda yenidən Azərbaycan nəfəsi hakimdir. Lakin bu qələbə çox böyük erməni saxtakarlıqlarının üstünü açdı. Belə ki, bu günlərdə Azərbaycan Ordusu Kəlbəcərdə "qədim erməni tarixi" istehsal edən emalatxana aşkar etdi. Bu barədə tanınmış jurnalist İbrahim Nəbioğlu məlumat vermişdi. Həmin "tarix düzəldən" sex-emalatxananın şəkillərində də görünür ki, erməni ustalar daş üzərində qədim ornament və xaç yonur, ona qədimi görünüş vermək üçün sirkədə saxlayıb, oksidləşdirirlər. Sonra isə daşları torpağa basdırır və bir müddət sonra artıq "tarixi olmuş əsərləri" üzə çıxarırlar. Onlar bu saxta tarixlərini Qarabağın hər yerinə basdırıblar. Müəyyən zaman sonra isə bu torpaqların onlara məxsusluğunu məhz bu "sirkəli tarix"lə sübut etməyə çalışırlar. Amma işğal altındakı torpaqların azadlığıyla onların "qədimliyi"də gün üzünə çıxmış oldu.



Bu fakt bizi keçmişə nəzər salmağa vadar etdi. Çünki keçmişdən üzü bəri onların özlərinə qondarma tarix yaratmaq və həqiqəti saxtalaşdırmaqlarıyla bağlı faktlar kifayət qədərdir. Ermənilərin özlərinin olmasa da, saxtakarlıqlarının çox qədim tarixi var. Təbliğatın gücünü yaxşı bilən ermənilər hər zaman bundan yararlanmağa çalışıblar. Ermənistan dövlətini yaratmağa rəsmi olaraq 1650-ci ildən başlayan ermənilər 370 illik təbliğatın nəticəsində onu yalnız 1920-ci ildə Rusiyanın köməyilə Azərbaycan torpağında reallaşdırmağa nail olublar. Həmin ilə qədər dünya tarixinin heç bir mərhələsində Ermənistan adında və ya ermənilərə məxsus dövlət olmayıb. Onlar sonradan türklərə, azərbaycanlılara aid tarixi mənbələri, kitabları saxtalaşdırmağa, mümkün olan hər yerdə türklərin adını silib erməni, türklərə aid dövlətlərin də adlarını silib Ermənistan yazıblar. Məsələn, İ.M.Dyakonov yazır ki, tarixi qaynaqlarda adına rast gəlinən Urartu dövlətini biz bilə-bilə Ermənistan elədik.



Zamanında dövlət yaratmaq ideyasına dəstək toplamaq üçün Avropaya üz tutan, ordan qovulandan sonra 1701-ci ildə ruslara sığınan ermənilər dəstəyi də elə burda tapdılar. İndi erməni lobbisinin gücü bütün dünyaya bəllidir. Bunun da əsas səbəbi özünəməxsus torpağı, dövləti, mədəniyyəti, keçmişi olmayan ermənilərin dövlət yaratmaq, keçmiş "düzüb-qoşmaq" üçün illər, əsrlər boyunca bir yerdən başqa yerə gedə-gedə, böyük dövlətlərin "qoltuğunun altına sığına-sığına" lobbiçilik ənənələrinə yiyələnmələridir. Özünün tarixi, keçmişi, mədəniyyəti və dövləti olan bir xalqın lobbiyə heç vaxt ehtiyacı olmazdı axı. 
Ermənilər Qarabağ problemini gündəmə gətirməzdən öncə də təbliğat maşınlarını işə salıb, türkə aid bir çox maddi-mədəniyyət abidələrini mənimsəyib, qazıntılar zamanı tapılan abidələri öz adlarına çıxıb, neçə-neçə tarixi əlyazmaları tərcümə edib, saxtalaşdırıb, orijinallarını da məhv ediblər. Burada albanlara məxsus olan bir çox abidələri öz adlarına çıxıblar. Bu gün "qədim erməni mənbələri" adlandırılmış əsərlərin hamısı erməni dilinə tərcümə edilmiş və ciddi şəkildə dəyişdirilmiş türk əlyazma kitablarıdır. Onlar Musa Kalankatlının "Ağvan tarixi" əsərinin 50 faizini dəyişib, Muxtar Qoçun "Qanun" kitabının adını "Ermənistan qanunnaməsi" qoyub, içini erməniləşdirib, VII əsrdə yaşamış Azərbaycan (Ağvan) şairi Dəvdəyin "Cavanşirin ölümünə ağı" poemasının orijinalını erməni dilinə tərcümə etdikdən sonra məhv edib, həmin şeiri erməni ədəbiyyatının nümunəsi kimi dünyanın əksər dillərinə tərcümə edib geniş şəkildə yayıblar. Erməni dilində "ə" hərfi olmadığından, şairin adını Davdağ olaraq dəyişiblər.

Onların Azərbaycan torpaqlarına köçürülməsi isə 1828-ci il Gülüstan sülh müqaviləsindən sonra olub. Həmin vaxta kimi bu torpaqlarda bir dənə də erməni toponimi və ya erməni qəbri olmayıb. Nə yazıq ki, mundar xislətli millət bu torpaqlara köçürüldükləri ilk gündən azərbaycanlılara və türklərə qarşı soyqırımlar, işğallar törədib, terrorlarla məşğul olublar. Bunun nəticəsi kimi 1905, 1915, 1918-ci il soyqırımlarını və XX əsrin 80-ci illərindən başlayan Qarabağ problemini göstərə bilərik. 



Bu, erməninin nə ilk, nə də son saxtakarlığıdır. Hələ Sovet zamanında, azərbaycanlılarla birlikdə yaşayan və daha çox ustalıqda mahir olan ermənilər şahidlərin sözlərinə görə, tikdikləri hər binanın özülünə xaç şəkli çəkilmiş daş basdırarmışlar ki, zamanı gələndə onları üzə çıxarıb "tarix" adıyla dünyaya göstərsinlər. Amma təbii ki, həmişə onların bu saxtakarlığı ən biabırçı şəkildə ortaya çıxıb.

Maraqlıdır ki, illər keçdikcə, kimsənin inanmadığı bu yalanlara ermənilər özləri inanıblar və bu, onarın təfəkküründə xəstəliyə qədər gətirib çıxarıb. Beləcə, bir xalq olaraq, "erməni şizofreniyası"nı inkişaf etdiriblər. Bu termin isə nə zarafat, nə də kinayədir. Bu xəstəlik 19-cu əsrin sonlarında alman alimi tərəfindən kəşf olunub.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyev də xalqa hələlik son müraciətində məhz bu mövzuya toxunmuş və ermənilərin başına gələn bütün bəlaların səbəbinin bu xəstə ideologiya olduğunu demişdi: "İdeologiya baxımından çox ziyanlı bir ideoloji əsaslar formalaşdırıblar. Bunların ideoloji əsasları yalan üzərində qurulub, tarixi saxtakarlıq üzərində qurulub və keçmiş üzərində qurulub. Saxtalaşdırılmış keçmişdən əl çəkə bilməyən ölkə necə qabağa gedə bilər?"

Son hadisələr də onu göstərdi ki, heç bir halda! Elə buna görə də məhvə məhkumdur!

 

 





25.11.2020    çap et  çap et