525.Az

BDU-nun dekanı vəfat edib


 

BDU-nun dekanı vəfat edib<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov vəfat edib.

525.az-ın xəbərinə görə M.Ramazanov bu gün 62 yaşında dünyasını dəyişib.

Professor Məhəmmədəli Ramazanov 1975-1980-ci illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb.

2005-ci ildən BDU-da pedaqoji fəaliyyətə başlayaraq Nanoaraşdırmalar Mərkəzinin rəhbəri təyin edilib. Dünya elminin prioritet istiqamətlərindən biri olan nanotexnologiya sahəsində bir sıra maraqlı elmi-tədqiqat işləri aparıb. 2012-ci ildən Fizika fakültəsinin dekanı idi.

1988-ci ildə "Polimer-pyezoelektrik kompozisiyalar sistemində pyezoelektrik effektinin xüsusiyyətlərinin formalaşması" mövzusunda namizədlik, 2009-cu ildə "Aktiv polimer mikro və nanokompozitlərin quruluş və xassələrinin formalaşmasında fazalararası hadisələrin rolu" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

20-yə yaxın qrant layihəsinin həmmüəllifi olan alimin 230-dan artıq məqaləsi nüfuzlu xarici elmi jurnallarda, o cümlədən, onlardan 112 məqalə Thomson Reuters Agentliyinin siyahısına daxil olan və yüksək impact faktora malik jurnallarda çap olunub. 547 elmi əsərin, 24 ixtiranın, 1 dərsliyin və 2 dərs vəsaitinin müəllifidir.

Allah rəhmət eləsin!

 





25.11.2020    çap et  çap et