525.Az

Şərəfli insan


 

Şərəfli insan<b style="color:red"></b>

Xalq şairi, Milli Aviasiya Akademiyası
"Dil ədəbiyyat" kafedrasının müdiri
,
professor 

Hamının əsli gedib Adəmə çatırsa,
demək hamı insandır.
O isə başdan-ayağa insaniyyətdir
.

Nizami
Gəncəvi

Əziz Arif müəllim!

Bu il Sizin yubileyiniz, bizim bayramımızdır. Gənclik illəri beləcə "xəbərsiz" gəlib keçir. Atanız, mənim müəllimim gənclik dostum Mir Cəlal bu illəri "ömrün mənalı anları", "ömrün baharı" adlandırır gənclərə müraciətlə yazdığı məktubunda deyirdi:"Gənclik elə bir yoldur ki, hamı onu keçməlidir".

O yolu hamının sırasında keçsəniz , hamıdan seçildiniz.

Hələ yeddi yaşında ikən, Bakıda Qaqarin adına Pionerlər Sarayının fəal üzvü kimi, aeroplan modelini radio ilə idarə edəndə bilmirdiniz ki, tale Sizi idarə edir; Moskvanın, Odessanın nüfuzlu ali təhsil ocaqlarına, akademik kimi şərəfli bir elmi ada, oradan da Milli Aviasiya Akademiyasının rektoru vəzifəsinə nəhayət, kosmik tədqiqatlara qədər qarşınızda gözəgörünməyən sirli-soraqlı bir yol uzanırdı.

Mir Cəlal yenə o "Məktub"da deyirdi: "...əngin fəzalara yol açan, zəngin torpaqları kəşf edən, günəşi , havanı da, suyu da insanın səadətinə xidmət üçün səfərbər edən yalnız arzu deyil, ağır, şərəfli, ardıcıl, aydın məqsədli zəhmətdir".

Haqqınızda olan bir elmi mənbədə isə oxuyuram: "O ilk sovet alimlərinin sırasında material məmulatların elektromaqnit nəzarət üsullarının yaradılmasına başladı öz həyatının 40 ildən artıq bir dövrünü elektromaqnit nəzarət fizikasının yarımkeçiricilərinin parametrlərinin ölçülməsi metodlarının elmi əsaslarının inkişafına tədqiqinə həsr etdi..

Akademik Arif Paşayev... yüksək ifratyüksək tezliklər sahəsində materialların kontaktsız üsullarla tədqiqatlarının yaradıcısı hesab edilir".

Bu böyük elmi kəşfdir.

Sizin elmi təfəkkürünüz məntiqi olduğu qədər, diliniz ifadə tərziniz aydındır, səlisdir, cazibədardır. Sizdə ən mürəkkəb məsələləri təmkinlə, sadə aydın izah etmək qabiliyyəti var. Bu, fərdi fitri istedaddır.  Böyük atanızın ruhu Sizdə qərar tutub. Mən Elmi şuralardakı çıxışlarınız müəllimlərlə görüşləriniz zamanı söylədiyiniz mülahizələri dinləyərək bu qənaətə gəlmişəm.

Sizdə gördüyüm ali əxlaq nümunələri, insanı saymaq onu tək qoymamaq kimi çox incə duyğular, yetkin dünyagörüşü, humanizm, yüksək mədəniyyət mədəni rəftar, hətta müşahidə etdiyim təbii bir utancaqlıq - üzünüzdəki o nur ürəyimdə həmişə dərin minnətdarlıq hissi oyadır.

Dünyanın fiziki hərəkət qanunlarını öyrəndikcə, kainatın sirrini açıb bəşəriyyətə xidmət edirsiniz. Buna görə Beynəlxalq "Şərəf Ləyaqət" Qızıl Ulduzundan tutmuş, dünyanın bir çox akademiyaları tədqiqat institutları Sizi özlərinin ali orden medalları ilə təltif edir,fizika-riyaziyyat məsələləri ilə bağlı beynəlxalq müzakirələrdə sədr, üzv, məsləhətçi kimi iştirakınızı, çıxışlarınızı biz   görüb, eşidib sevinirik.

Bütün bunlar Azərbaycanın müasir dövrdə inkişaf səviyyəsini, potensial gücünü elmin, təhsilin dinamik inkişaf  ritmini göstərən fərəhli haldır. 

Ədəbiyyatı, şeiri-sənəti müasir estetik tələblər səviyyəsindən qiymətləndirirsiniz.

Vaxtilə "Literaturnaya qazeta"nın səhifələrində "fiziklər liriklər" diskussiyasını xatırlayıram. Siz böyük sələfləriniz kimi sözün "cazibə qüvvəsini"  duyur dəyərini çox düzgün təyin edirsiniz.

Hələ dünən, Bakıda İçərişəhərdə Mir Mövsüm Ağanın qonşuluğunda, gənc yazıçı Mir Cəlalın kirayə etdiyi balaca bir evdə İmam nəslinin pak, təmiz uşaqları böyüyürdü.

Bəşər övladı kimi o da bir halal yazıçı əməyi ilə böyütdüyü övladlarının cəmiyyətdə sayılıb-seçilməsini, xoşbəxtliyini görmək istəyirdi. Bu onun atalıq haqqıydı.

O böyük insan millətin mənim kimi övladlarına da atalıq edir, getdiyim romantik yolun yarısında saxlayıb, həyatın daha sərt real yollarını göstərirdi. "İş axtarma, adam axtar. Adam da mən", - deyə özünü nişan verir, universitetə, öz kafedrasına aparır, elmi rəhbərim olur, Sizin adınıza aldığı evi mənə bağışlayırdı.

Mən indi ataəvəzi bir insanın ən əziz yadigarı olan bu tarixi evdə yaşayıram.

İsgəndər Makedoniyalının atası II Filipp eşidəndə ki, dostu Qapparx Evbeyski qəfildən ölüb, dünya fatehi ağır kədərini gizlədə bilmir. Ona deyirlər ki, yoxsa dostun kifayət qədər yaşamayıb? "Özü üçün yaşayıb, - deyir, ancaq mənim üçün yox. Çünki əvəzsiz dostluğu üçün sağlığında mən istədiyim kimi onun əvəzini çıxmağa gecikdim".

Bu müqəddəs hissi mən yaşamışam. Mir Cəlal heç məndən təşəkkür gözləmirdi. Yaxşılıq onun təbiətindəydi. Yəqin ki, II Filippin dostu da gözləmirdi.

Bəlkə bu izaholunmayan bir hissdir, sözlə ifadə etmək çətindir, gərək yaşayasan.

Böyük fransız yazıçısı Mişel Monte dostluq haqqında - insan ancaq ahıl yaşlarında həyatda bərkiyəndən sonra düzgün fikir söyləyə bilər deyir.

Bu ola bilsin ki, həqiqətdir.

Mir Cəlalın böyük dostluğunu bəlkə mən indiki yaşımda daha düzgün dərk etməyə başlayıram. 

Aristotel dostluğu "iki bədəndə bir ürək" kimi qiymətləndirirdi.

Gəncliyimdə bu mənim ağlıma gəlməzdi.

Qədim dünya şairi Menandr dostluğun bəlkə əlçatmaz olduğunu bilərək deyirdi: "Xoşbəxt o kəsdir ki, heç olmasa əsl dostun kölgəsini görmək ona nəsib olsun".

Mən Mir Cəlalın qapısını açmaqla, taleyimin qapısını açdım. Burada Mir Cəlal müəllimin dostları - görkəmli elm ədəbiyyat xadimləri ilə tanış oldum, Püstə xanımın açdığı süfrələrdə çörək kəsdim. O evə tələbə kimi getmişdim, o evdən elmlər namizədi, alim, şair titulları ilə çıxdım.

Bu gün Sizin yanınızdayam.

Bir şeirimdə mən o günləri xatırlayıram:

 

Dilim söz tutandan əlim haqdadı,

mənim səadətim o ocaqdadı.

Həmid Araslını mən orda gördüm,

Şəfaət Mehdiyev süfrə başında,

Şıxəli Qurbanov cavan yaşında,

Lev Tolstoyu da divarda gördüm.

Köynəyin üstündən qayış kəməri,

sözdən doğulmuşdu söz peyğəmbəri.

Orda salam verdim mən bir insana,

ADU-nın rektoru Cəfər Xəndana.

Cavid, Mirzə Cəlil,Vurğun Mehdi

o evdə həmişə təriflənərdi.

Üç oğul anası Püstə xanım da,

bir dəfə əyləşdi gəlib yanımda.

Mənə "oğlum" dedi, "dördüncü oğlum",

anasız vaxtımda - analı oldum.

Elmira, Ədibə şux bacıydılar,

qızlar anasına duaçıydılar.

Tofiq , Eldar da çıxmaz yadımdan,

Biri o birindən daha mehriban.

 

Arif - bir nəsilin kişi gözəli!

Onda Moskvanın tələbəsiydi.

Onda yadımdadı, bircə təsəlli,

o da Mir Cəlalın tərbiyəsiydi.

Arif o evdə söz yiyəsiydi,

böyük qardaş idi, ilk oğul payı.

Mir Cəlal Arifə deyəsiydi.

arxası yoxuydu ondan savayı,

Anası deyirdi amma sözünü :

- Arif, bax, qızlardan gözlə özünü.

Moskva böyükdü, o boyda şəhər,

bilim, deyirlər, belə bir təhər...

Gözəgəlimlisən sən , maşallah,

sonra da deyirdi, qorusun allah...

Anası dedikcə, Arif danırdı,

gözəllik üstündə o danlanırdı.

Mir Cəlal kənarda gülümsəyirdi,

özü öyrətmişdi Püstə xanımı,

demişdi belə de, o da deyirdi,

Mir Cəlal kənarda gülümsəyirdi...

 

Hafiz az danışan, asta yeriyən,

amma fikri yeyin, sözü şax deyən.

O da Moskvanın tələbəsiydi,

səsi - atasının eyni səsiydi.

Bəzən danışanda qucaqlayırdım,

Mir Cəlaldan ötrü mən ağlayırdım.

Aqil zarafatda əvəzsiz idi,

heyif, dünyasını dəyişdi, getdi...

 

Mən indi gördüm ki, ruhlar oyaqdı,

Ruhlar dünyasında bu dünya haqdı.

Bu axşam Ay doğub ayna sularda,

İşığı hardadı, gör özü harda?!

Deyir, elə bilmə mən unutmuşam,

Soruşma yerimi, hardayam, şair,

Göydə yoluna çıraq tutmuşam,

Mənəm, Mir Cəlalam, mən Ayam, şair.

Allahım, deyir o böyük insan?

deyir, xatırla ki,

xatırlanasan...

 

Evinizdə, Mir Cəlalın yanında gördüyüm bu şeirdə adlarını çəkdiyim, çəkmədiyim şəxsiyyətlərin şəxsiyyətli oğlanlarını Akademiyada Sizinlə yanaşı görəndə, mən ürəyimdə təkrar edirəm ki, "ataların yolu - oğulların yoludur".

Bu yol əslində millətin yoludur.

Milli mədəniyyətlərin təqdimatında təhlilində belə bir kulturoloji qayda var ki, əsrlər boyu qazanılan mənəvi dəyərlər bu nəsildən o biri nəslə ötürülməsə, ona özgələr sahib çıxar, millət isə mankurtlaşa bilər.

Sizin süddən, sümükdən gələn təbiətiniz elədir ki, şəxsiyyət kimi milli bəşəri keyfiyyətləri yaşadırsınız.

"Yaxşılıq", "Xeyirxahlıq", "Dostluq" kimi insani hisslər duyğular kim bilir hələ lazım olduğu qədər öyrənilibmi? Qədim Roma tarixçisinin şahidi olduğu bir hadisəni qısaca danışmaq istəyirəm.

Afrikada konsul vəzifəsində çalışan bir Roma məmuru öz quluna göz verib işıq vermirmiş. Nəhayət, qul qaçır. Afrika səhrasında gedib bir mağaraya sığınır. Gecəyarısı görür ki, böyük bir şir içəri girdi. Qorxub daha da küncə sıxılır. Şir onu görüb yaralı pəncəsini irəliyə uzadır. O, şirin pəncəsindən iri bir tikan çıxarır, palçığı təmizləyir, şir rahatlanıb yuxuya gedir. Səhərisi ovladığı heyvan ətinin ən yaxşı yerini ona verir.

Beləliklə, qul mağarada üç il yaşayır. Axırda darıxır, dözə bilməyib Romaya, insanların içinə qayıdır. Konsul bundan xəbər tutub qulu həbs etdirir ona ölüm cəzası kəsdirir. Qulu Kolizeydə qladiatorlar vuruşan meydana çıxarırlar ki, şirlər parçalasın. Hücum edən şir onu tanıyır dayanır. Yaxınlaşıb pəncəsini  çiyinlərinə qoyur, üzünü yalayır. Tamaşaçılar bu səhnəyə heyrət edirlər, qulun şirin üstünə gül-çiçək yağdırır, pul kisələri atırlar. Məlum olur ki, həmin şiri tutublarmış.

İmperator qulu çağırıb bu sirri, bu əhvalatı soruşur. O da olduğu kimi danışır. İmperator oradaca qulu azad edir, şiri ona bağışlayır.

Mən Mətbuat İnformasiya  nazirinin müavini işlədiyim illərdə nəşriyyat məsələlərinə baxırdım. 1995-ci ilin dekabrında Füzulinin yubileyi ilə əlaqədar əsərlərinin yeni nəşri Prezident Aparatında müzakirə olundu kitabların buraxılması bizə tapşırıldı. Ancaq Füzuli əsərlərinə aid nəşrlər siyahısında Mir Cəlalın "Füzuli sənətkarlığı" kitabının adını görmədim. Bəlkə həyatımda birinci axırıncı dəfə vəzifəmdən istifadə edib, onun kitabını mətbəəyə göndərdim. Əsər çıxan kimi kitabı aparıb avtoqrafla Püstə xanıma bağışladım.

Onun sevinci mənə bəsiydi.

Atamı bir yaşımda ikən itirdiyimdən "ata", "arxa", "dayaq", "kimsə" kimi hissləri mən ilk dəfə Mir Cəlalın şəxsində yaşamışdım. Atasız vaxtımda atalı, anasız vaxtımda analı olmuşdum.

Bunlar mənim tale payım idi.

İsgəndər Makedoniyalı Aristoteli, Atatürk Ziya Göyalpı özlərinə mənəvi ata saydıqları kimi, mənim mənəvi atam Mir Cəlal olub.

O, yazıçı mütəfəkkir alim idi. Bunu müasirləri , ondan sonrakı ədəbi mühit təsdiq etdi. Bədii yaradıcılığından əlavə, onun elmi tədqiqatları bu gün belə alimlərimizin stolüstü kitabıdır.

Yuxarıda adını çəkdiyim "Füzuli sənətkarlığı" Azərbaycan ədəbiyyatşünaslığında Mir Cəlalın elə bir elmi-nəzəri-fəlsəfi tədqiqat əsəridir ki, burada Füzuli yaradıcılığı həm ərəb-fars poetikası tələblərinə uyğun şəkildə-ümumşərq estetik fikrinin incəlikləri, həm müəllifin yaşadığı mürəkkəb epoxanın, mövcud ədəbi prosesin sənətdən sənətkardan istədiyi fəlsəfi meyarlar zəminində təhlil edilmişdir. 

Füzuli poeziyası - muğamdır.

Mən bu yaxınlarda çap etdirdiyim Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya ithaf etdiyim "Sözü tara verin..." poemamda böyük Füzulini onun böyük tədqiqatçısı Mir Cəlalı xatırlayıram:

 

Qəzəl - Füzulinin könül ahıymış,
qəzəl - şerimizin intibahıymış!
"Az et sözü..." deyən 
                                   söz allahıymış.
Mir Cəlal fəlsəfi bir yazırdı,
Mir Cəlal muğama giriş yazırdı 

Mir Cəlalın "fəlsəfi işi" "muğama girişi" onun "Füzuli sənətkarlığı" əsəriydi. Çünki bu əsəri oxuyanda ürəyimizdə, qulağımızda Füzuli qəzəllərinin ruhundan, vəznindən gələn bir muğam səslənir:

 

...Min ildi yol gəlir söz qafiləsi,
vəzni köhnəlir, qafiyəsi.
dillər yorulur əzbər deməkdən,
bir ürək boylanır min bir ürəkdən.
Qəzəl silkələyir yer kürəsini,
Yaydıqca bir eşqin son naləsini.

...Deyin, Mir Cəlala qalxsın məzardan,
xeyir-dua versin qız nəvəsinə,
eşq olsun o Muğam Abidəsinə! 

Mir Cəlal deyirdi ki, "...heç vaxt mən gücsüzəm, mənim yaratdığım vecsizdir deməyin".

Siz heç vaxt demədiniz. Geninizdən gələn istedad qoymazdı ki, özünüzdən kiməsə şikayət edəsiniz.

Ümumiyyətlə, Sizin kimi şəxsiyyətlər şikayət etmirlər. Əksinə, əl tutur, kömək dururlar.

Böyük Elmi şuraların birində rektor köməkçisi t.e.d. Ənvər müəllim kürsüdən sinədəftər uzun bir siyahı elan etdi. Kömək yardım göstərdiyiniz təşkilatların siyahısı idi.

Onlardan birinə, Bilgəhdəki qocalar evinə bizim akademiyanın nümayəndə heyətilə birlikdə mən getmişdim. Göndərdiyiniz hədiyyələri təqdim etdik. Sonra akademiyanın özfəaliyyət kollektivi gözəl çıxış etdi.

Bu Sizin Bilgəhdə keçirdiyiniz unudulmaz Novruz bayramıydı. Mən orada şeirlər oxudum. İndilərdə zəng vurur, xahiş edirlər ki, Sizə salam söyləyim.

Burada, akademiyada ətrafınızda da elə bir əlaqə, ünsiyyət, bəlkə sadəcə ziyalılıq mühiti yaratmağa nail olmusunuz ki, milli-mənəvi dəyərlərə, insani keyfiyyətlərə üstünlük verilir.

Akademiyanın  Elmi şuralarında adətən birinci olaraq mütəxəssislərin aparıcı elmi məruzələri oxunur onların müzakirəsi zamanı yeni tədqiqatların aviasiyada, sənayedə kənd təsərrüfatında vacibliyi, nəzəri praktiki əhəmiyyəti barədə Sizin söylədiniz mötəbər fikirlər istiqamətverci olduğundan, qaldırılan məsələlər həllini tapır, istehsalatda, kənd təsərrüfatında tətbiq edilir.

Razılıq hissilə demək istəyirəm ki, elmimizin , elmi potensialı olan gənclərin inkişafında, yetişməsində, cəmiyyətdə özlərini tapmasında Sizin görkəmli Şəxsiyyətiniz təbiətən Xeyirxahlığınız ilham, enerji qaynağı kimi həmişə əsas stimula çevrilir.

Siz elmin, mədəniyyətin müxtəlif sahələri ilə müntəzəm məşğul olduğunuz üçün tədqiqatlarınız da elmi açıqlamalar üstdə qurulur onların yeniliyi məzmun zənginliyi diqqəti cəlb edir.

Filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanın baş redaktorluğu ilə 2008-ci ildə nəşr etdirdiyiniz "İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lüğəti" (tərtibçilər, t.e.d. R.Cəfərzadə, M.Musayeva G.Məmmədova) Azərbaycan aviasiya tarixində ilk dəfəydi.

Lüğətdə müasir mülki aviasiyaya aid onun müxtəlif sahələrini əhatə edən yeddi mindən çox terminlər onların izahı, əlavə olaraq çoxlu məlumatlar verilmişdir. 

Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyinə həsr etdiyiniz ilk "aviasiya terminləri lüğəti" giriş sözündə yazdığınız kimi, bu lüğət "...aviasiya sahəsində hazırlanan sənədlərdə dilimizin saflığını qorumağa xidmət edəcəkdir".

Mən Milli Aviasiya Akademiyasının müəllimi kimi bunların şahidiyəm. Vaxtilə burada azərbaycanca bir arayış, bir təqdimat yazmağa müəllim, ziyalı, tələbə tapılmırdı. Bu il həmin lüğətin davamını (yenidən üç cilddə) çapa hazırlamısınız. Bu günlərdə işıq üzü görməlidir. Sizi əvvəlcədən təbrik edirəm.

Mətbuat İnformasiya nazirliyi ləğv ediləndə, mən müavin vəzifəsində işləyirdim. Hamımız işsiz qaldıq.

Artıq dünyada Mir Cəlal yox idi. Amma dünya Mir Cəlalsız deyildi.

Sizin yanınıza, Milli Aviasiya Akademiyasına məni Hafiz müəllim göndərdi:

- Arif müəllim çağırıb, get, gör deyir.

Özünəməxsus səmimiyyətlə qısa aydın dedi.

Ürəyimə isə dammışdı. O elə-belə zəng eləməzdi. Yəqin nazirliyin ləğv olunduğunu eşidib...

Belə oldu.

Mənimlə mehriban, gülərüzlə görüşdünüz. Kefimi-halımı soruşdunuz...

Məni təzəcə təşkil etdiyiniz "Humanitar fənlər" kafedrasına 0,5 ştata işə götürdünüz. Əmrim o vaxtdan, 1997-ci ildən verildi.

Hafiz müəllimə zəng vurub razılıq etdim. O da sevindi, məni təbrik etdi dedi ki, Arif müəllimin yanında yaxşı olacaq.

Böyük təsəlli idi.

Yaxşı oldu. Elə indi yaxşıdır, Hafiz müəllim.

Qardaşları Tanrı qorusun.

Milli Aviasiya Akademiyasının müəllimi kimi olduqca xoşdur ki, dərs dediyim tələbələr indi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin aviaşirkətlərində ən müasir tipli xarici təyyarə helikopterlərlə dünyanın yaxın uzaq ölkələrinə uçurlar.

Bunlar Sizin böyük gərgin xidmətinizlə bağlıdır.

Cəmiyyətin Prezidenti Cahangir Əsgərov yazır ki, "Milli Aviasiya Akademiyası ölkəmizdə yeni aviatorlar yetişdirən yeganə təhsil ocağıdır bu ocağın rəhbəri Arif Mir Cəlal oğlu Paşayevdir".

Siz hələ 24 yaşında ikən, 1958-ci ildə "Gənclərə sözüm" məktubunda Mir Cəlal görün yazırdı:

"...bu gün bir təyyarə modeli düzəldən pionerin sabah təyyarə mühəndisliyinə meyli daha qüvvətli olacaqdır..."

Siz böyük elm xadimi, akademik olmaqla yanaşı, həm dünyanın görkəmli təyyarə mühəndisi sayılırsınız.

Mir Cəlal Sizin gələcəyinizi neçə il qabaqcadan görmüş, düzgün müəyyən etmişdir.

Bir dəfə sual verdim:

- Mir Cəlal müəllim, oğlanlarınızın ikisini (Sizi Hafiz müəllimi nəzərdə tuturdum) dəqiq elmlər sahəsinə qoymusunuz. İkisi fizikdi.

Onda elə düşünürdüm ki, yazıçının uşaqları gərək ədəbiyyat fakültəsində, kimya aliminin uşaqları gərək kimya fakültəsində oxusunlar s.

- XXI əsr dəqiq elmlər əsri olacaq, - dedi.

Yanılmamışdı.

Bizim dərs dediyimiz gənc pilotlar da Sizin yetirmələrinizdi.

Təqdim etdiyiniz diplomlarla, ora

dakı imzanızla fəxr edirlər.

İndi dünyanın bir çox ölkələrindən gələn gənclər bizim Akademiyada təhsil alırlar.

Bir xarici tələbəm var. İkinci kursda oxuyur. O da deyir: "Mən Arif müəllimin tələbəsiyəm".

1994- ildə Əfqanıstanın Bəlx şəhərində anadan olub. Bakıda yaşayır. Atası da Əfqanıstandan gəlib Qarabağ müharibəsi zamanı bizim sıralarımızda vuruşmuşdur.

Tələbəm Şərifi Qasimdən evdə hansı dildə danışdığını soruşdum:

- Dəri dilində Azərbaycan dilində danışırıq, - dedi. Fars dilinə yaxın dillərdəndi.

Mən tələbəmə onun üçün yeni bir məlumat verdim:

- Bizim dahi şairimiz Nizami Gəncəvi əsərlərini dəri dilində yazıb. "İsgəndərnamə"nin bir neçə yerində bu dilin şərəfinə yüksək fikirlər söyləyir:

 

"Saf şeir yaratmaq Nizaminin işidir,

Dəri dilində şeir yaratmaq da Nizamiyə layiqdir.

Bu gözəl dastanı elə deyər ki,

Oxumasından beyin işıqlanar..."

(sətri tərcümə)

 

Bu ona görə beləydi ki, böyük şairin yaşadığı zəmanədə fars dili saray ədəbi dili olduğu üçün bir qayda olaraq, dəftərxana işləri o dildə aparılır, saraylarda yaranan ədəbi əsərlər, qəzəl, qəsidə s. farsca yazılırdı.

Azərbaycanın başqa böyük şairləri Nəsimi, Füzuli ərəb fars dillərində görkəmli sənət nümunələri yaratmışlar.

Bizim Milli Aviasiya Akademiyasında vaxtilə yeddi ixtisas üzrə təlim keçilirdisə, indi iyirmi bir ixtisas üzrə mütəxəssis hazırlanır. Akademiyada altı fakültə iyirmi  dörd kafedra fəaliyyət göstərir.

Onlardan biri mənim rəhbərlik etdiyim "Dil ədəbiyyat" kafedrasıdır. Müəllimlərimiz müxtəlif humanitar fənlər üzrə mühazirələr oxuyur, proqram dərs vəsaitləri yazırlar. Onların bir neçəsi Sizin vaxtınızda müdafiə edərək elmi dərəcələr almışlar yaratdığınız bu münbit mühit üçün minnətdarıq.

Sizin təşəbbüs təklifinizlə yazdığım "Kulturologiya" (Dünya mədəniyyəti tarixi) dərsliyi bir neçə ildir ki, burada tədris olunur.

Bizim kafedranın texniki ali təhsil ocağında yaradılması da Sizin elm təhsil sahəsində apardığınız islahatların məntiqi nəticəsidir.

Siz bu günlərdə akademiyada yenidən əsaslı struktur dəyişiklikləri apararaq, elm təhsilin, təlim tədris işlərinin böyük perspektivlərini əks etdirən bir əmr imzalamısınız.

Bu yeni fakültələr, kafedralar, təcrübə laboratoriyaları, kosmik informasiya sistemləri, iqtisadi mühasibat idarəsinə tapşırıqlar - əslində rəqəmlərin poeziyası, akademiyada bir akademiya bir rektorun Manifestidir.

Yubileyiniz mübarək, Arif müəllim!

Böyük ailənizə, cansağlığı, səadət arzulayıram.

Sokrat deyirdi: "Sağlamlıq - hələ hər şey deyil, amma hər şey - sağlamlıq yoxsa, heç şeydi.

 

Arif deyirik ki,
arifləşək biz,
sən ki, məna verdin bu ada, tanrım.
Arif olmasaq da bizim birimiz,
Arifsiz olmayaq dünyada, tanrım.

Bakı, 10.02.14

 





13.02.2014    çap et  çap et