Təbii vitaminlərlə zəngin çay payız və qış aylarında isti halda içilməlidir.
525.az xəbər verir ki, bu çay C vitamini bazasıdır, mikrob əleyhinə təsir göstərir, həzm sisteminin işini stimullaşdırır, gözün görməsini yaxşılaşdırır, immuniteti gücləndirir, infeksion xəstəliklərdən qoruyur, güclü antioksidantdır. Həmçinin, ürək-damar və əsəb sisteminin işini normallaşdırır, stress zamanı kömək edir, xəstəliklərə qarşı müqaviməti artırır, yorğunluğu çıxarır, gümrahlıq verir.
Tərkibi: Limon və yarpaqları, qara qarağat və yarpaqları.
Hazırlanması: 2 stəkan su tutan dəmliyə yarpaqların hərəsindən 3 ədəd, 2 dilim limon, 5 ədəd qarağat meyvəsi qoyulub dəmlənir. (qarağat olmasa da, resept keçərlidir).
Qeyd: Tərkib, həkim, fitoterapevt Sadiq Salamiyə aiddir.