525.Az

Beyinə oksigen niyə getmir?


 

RİSK ALTINDA OLANLARIN DİQQƏTİNƏ

Beyinə oksigen niyə getmir?  <b style="color:red"></b>

Bədəndə ən çox hava, oksigen, qandan ən çox qidalı maddələri tələb edən orqan baş beyindir. Ona görə o, daha çox oksigen aclığına həssasdır və bunu zamanla büruzə verir. Sinir hüceyrələri oksigen aclığına-hipoksiyaya çox həssasdır. Bəlkə də, çoxumuzun özümüzdə hiss etdiyimiz əlamətlər var ki, onlar beyində oksigen çatışmazlığını göstərən əlamətlərdir:

525.az həmin əlamətləri təqdim edir:

- Başgicəllənmə. Bu, oksigen çatışmazlığının birinci əlamətidir, vestibulyar aparat pozulur, səndirləmə, qulaqlarda uyultu, küy olur:

- Baş ağrıları, spazmlar.

- Ürəkbulanma, qusma.

- Halsızlıq, zəiflik.

- Əsəbi oyanlıqlıq, psixoz.

- Bənizin, əllərin ağarması.

- Gözlərdə qaranlıq hissi, sayrışma.

- Ürək döyünmə, nəbzin artması.

- Uzunmüddətli hipoksiyada huşun itməsi, bayılma və koma.

- Xroniki hipoksiyada vegetativ pozuntular, başda sanki pulsasiya, döyünmə, istilik, gözlərdə qaralma, görmədə zəiflik, boyunda istilik, ürək nahiyədə ağrı, təngnəfəslik müntəzəm hiss olunur.

Beyin oksigensiz cəmi 5-7 dəqiqə dözə bilər. Ondan sonra bioloji ölüm baş verir.

Əgər beyin oksigenlə təchiz olunmursa və bundan sinir sistemi, sinir hüceyrələri zərər görübsə, o zaman insult sonrası depressiya, yaddaşın itməsi, qıcıqlanma, oyanıqlıq, apatiya baş verir.

Beynin havasız qalmasının səbəbləri

- Xroniki xəstəliklər

- Uzun müddətli ağır iş

- Ümumi qan dövranında pozulmalar, damarların tutulması

- Ağciyər xəstəlikləri

- Anemiya

- Ürək-damar xəstəlikləri

- VSD, nevroz

- Diabet, zob, hipertireoz

Çox hipoksiyalar insanlarda iş yeri ilə bağlı olur. Hündürlükdə çalışanlar, şaxta, metro, quyu, sualtı, qapalı yerlərdə çalışanlar, otaqlarda normal havalandırıcı olmayan yerlərdə çalışanlar, zərərləli maddələr udanlarda daha çox rast gəlinir

Bunun üçün müayinəni hipoksiyanı nevroloq təyin edir. Müayinə üçün qan analizi, MRT, EXQ və digər müayinələr təyin olunur. Müalicəsi isə kompleks formada olmalıdır. Səbəb, hipoksiyanın kökü, növü, hardan qaynaqlandığına uyğun seçilir. Beyin hüceyrələrini normal qan, oksigenlər təmin etmək üçün hiperaritik oksigenasiya aparılır.

Eləcə də qan köçürmə, qanın oksigenlə təchizarı, oksigenterapiya, plazmafarez, stereod hormonların təyini, qan dövranı normallaşdıran preparatlar təyin olunur.

Profilaktika məqsədilə insan beyin oksigen aclığının xronikliyə keçməsinin qarşısını almaq lazımdır. Aktiv idman, açıq havada 1-2 saat gəzməz, təmiz hava, düzgün qidalanma, işlədiyiniz yerin və yatdığınız otağın havalandırılması, masaj, müxtəlif tənəffüs gimnastikaları, hərəkətləri olunmalıdır. Zərərli peşədə çalışanlar hər 2 saatdan bir təmiz hava almağa çalışmalıdır.

 





25.11.2020    çap et  çap et