525.Az

Ukrayna Səfirliyinin nümayəndələri Milli Kitabxanada - Foto


 

Ukrayna Səfirliyinin nümayəndələri Milli Kitabxanada - <b style="color:red">Foto</b>

Ukraynanın Azərbaycandakı səfirinin müşaviri Xabenko Sergiy və mədəni-humanitar məsələlər üzrə 1-ci katibi Selskiy Georgiy noyabrın 27-də Azərbaycan Milli Kitabxanasında olub.

525.az xəbər verir ki, qonaqlar Milli Kitabxanada olmalarından məmnunluqlarını ifadə edərək, Milli Kitabxananın fəaliyyəti, təcrübəsi ilə yaxından tanış olmaq istəklərini bildirmişlər.

Söhbət əsnasında səfirin müşaviri Xabenko Sergiy pandemiya dövründə Azərbaycan Milli Kitabxanasının onlayn fəaliyyətini yüksək qiymətləndirmiş və qeyd etmişdir ki, pandemiya dövründə dəfələrlə Milli Kitabxananın elektron kataloq və elektron kitabxanasından, Sənədlərin sifarişi və elektron çatdırılması bölməsindən  istifadə etmişdir. Milli Kitabxananın operativ onlayn xidmətlərinin səviyyəsindən çox məmnun qalmışdır. Sonra onlar gələcək əməkdaşlıq barədə fikirlərini paylaşaraq iki ölkə arasında mədəniyyət, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığı inkişaf etdirmək, birgə layihə və tədbirlər keçirməyi planlaşdırmışlar.

Daha sonra, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara Milli Kitabxana haqqında məlumat verərək, yeni layihələrdən, kitabxananın beynəlxalq əlaqələrindən söz açıb, o cümlədən Ukrayna Milli Kitabxanası qarşılıqlı əməkdaşlığa dair ikitərəfil müqavilənin olmasını və informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Həmçinin, Kərim Tahirov Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalında açılmış daimi Ukrayna guşəsi barədə qonaqlara məlumat vermişdir. İki ölkə arasında beynəlxalq kitab mübadiləsinin və beynəlxalq əməkdaşlığın davamlı olmasını bildirərək tezliklə Ukrayna Milli Kitabxanasında da Azərbaycana dair guşənin açılacağından danışmışdır.

Kərim Tahirov müşavirin Milli Kitabxanaya hədiyyə etdiyi kitablara görə minnətdarlığını bildirib və öz növbəsində ona “Milli Kitabxana. Fotoalbom” (Azərbaycan, rus və ingilis dillərində), “Qobustan – minilliklərin kitabı” (Azərbaycan və rus dillərində), “Azərbaycan xalçaları dünya kolleksiyalarında”(Azərbaycan və ingilis dillərində) kitablarını hədiyyə edib.

Qonaqlar Milli Kitabxananın Beynəlxalq əməkdaşlıq zalı ilə də tanış olublar. Sonda xatirə şəkili çəkilib.

 

 





27.11.2020    çap et  çap et