2020–2025-ci illərdə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması istiqamətində problemlərin öyrənilməsi məqsədilə statistik təhlillər aparılacaq.
525.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.
Fəaliyyət Planına əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsinə tapşırıq verilib.