525.Az

"Yer kürəsinin oxu laxlayıb" - Fikrət Qocadan iki şeir


 

"Yer kürəsinin oxu laxlayıb" - <b style="color:red">Fikrət Qocadan iki şeir </b>

AZƏRBAYCAN TORPAQLARININ SƏHƏR DUASI

Ey göydəki elçim,
Yanır içim.
Nə qədər düşünüm, ölçüm, biçim?!
Kürün ağzını döndər,
Mənə göndər.
Kürü içim!
Ulu  öndər!
Ya da oğlunu göndər zaman.
Zaman üçün,
Odur seçim.
O yerlər yağışa, qışa, qara bağlı...
Qoy aranlı, dağlı,
Hamımız olaq qarabağlı!
Aranlarım, şoranlarım,
Cənnət bağlı olsun,
Həm də haqlı olsun.
Hər dərdimizin əlacı olacaq.
Yoxsa şoran torpağa,
Nə əksək barı acı olacaq.
Oğlun üçün ağrılı, çətin, acı olacaq.
Amma özü başımızın tacı olacaq.
Yaradana çatdır,
Arzumuzu, orda yaxından.
Yoxsa əl çəkən deyilik yaxandan...
İmza: Bütöv Azərbaycan torpaqları
- Biz dedik.
- Fikrət Qoca yazdı.

YER KÜRƏSİNİN OXU LAXLAYIB

Dünyanın oxu laxlayıb,
Allah bizi "haqq" deyilən,
Nazik bir sapın ucunda saxlayıb.
Aşağıda sonu görünməyən sonsuzluq
Sapda toxluq, aclıq, susuzluq
Xülasə, əxlaqımıza görə qoyduğumuz həyat
Ətrafda qoynuna ulduzlar səpələnmiş
Nurlu, yaraşıqlı kainat.
Səyyarələr saya gəlməz qədər çoxdu
Amma qaçıb sığınmağa
Bir adam boyu yer yoxdu.
İntihara da yoxdu ixtiyarım,
Məni dünyaya qadın gətirmişdi,
Ona görə sənə sığınıram yarım.

 





27.11.2020    çap et  çap et