525.Az

Yaralı, çapıqlar içində, amma sınmayan, ruhdan düşməyən Füzuli - Foto


 

Yaralı, çapıqlar içində, amma sınmayan, ruhdan düşməyən Füzuli - <b style="color:red">Foto</b>

Bilirsiniz, bu nece bir hissdir?.. Neçə illərdir doğma yaxınını  gözləyirsən, hər an, hər zaman, heç bir sözə, hərəkətə, vəziyyətə baxmayaraq, hətta yanındakıların ümidlərini kəssə belə, qayıdacağına inanırsan... və birdən bilirsən, ki o sağdır...sevincdən göz yaşlarına hakim ola bilmirsən, özün özünə inanmırsan, xoşbəxtlikdən dünyanı qucaqlayırsan, qaçırsan onu görməyə və görürsən... yaralı, incidilmiş, əzab çəkmiş, çapıqlar içində...amma sınmayan, ruhdan düşməyən... və birdən dərk edirsən ki, əslində necə olur olsun, qolsuz, ayaqsız, gözsüz, qulaqsız, amma ən önəmlisi, o qayıdıb,  bu dəəşətli həsrət bitib, sən artıq onunla bir yerdesən, və o da xoşbəxtdir, cünki o nəhayət Öz Doğma Evindədir!.. Əbədi... Füzuli...

525.az xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  öz facebook hesabında yazıb.














 





27.11.2020    çap et  çap et