525.Az

Diplomatik korpusun nümayəndələri Tərtərdə


 

Diplomatik korpusun nümayəndələri Tərtərdə<b style="color:red"></b>

Diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Tərtərdə səfərdədir.

525.az APA-ya istinadən xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov diplomatik korpusun nümayəndələrini məlumatlandırıb.

O bildirib ki, ermənilər Tərtər rayonuna 16 mindən çox top və raket mərmisi atıb.

İcra başçısı qeyd edib ki, top və raket mərmiləri 4 000-dən çox evə düşüb, evlərin əksəriyyəti tamamilə dağılıb.

 





28.11.2020    çap et  çap et