525.Az

Biləsuvarda şəhid kapitan dəfn edildi


 

Biləsuvarda şəhid kapitan dəfn edildi <b style="color:red"></b>

Biləsuvar rayonunda şəhid kapitan Elçin Tağıyev dəfn edilib.

525.az-ın "Report"a istinadən məlumatına görə, şəhidlə əvvəlcə Biləsuvar rayonunun Zəhmətabad kəndindəki ata evində vida mərasimi baş tutub.

Vida mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimdən sonra şəhid Zəhmətabad kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, şəhid kapitan Elçin Tağıyev 1989-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub.

 





28.11.2020    çap et  çap et