525.Az

Ağdamdakı “Bayatı-Şiraz” Hikmət Hacıyevi kövrəltdi - Video


 

Ağdamdakı “Bayatı-Şiraz” Hikmət Hacıyevi kövrəltdi - <b style="color:red">Video</b>

Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizdəki diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri ilə birlikdə erməni silahlı qüvvələrinin işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.

525.az xəbər verir ki, Hikmət Hacıyev Ağdamda 13 yaşlı xanəndəmizin ifa etdiyi “Bayatı-Şiraz” muğamını dinləyərkən göz yaşlarına hakim ola bilməyib.

Həmin anlarla bağlı görüntülər Türkiyə mediasında da maraqla qarşılanıb. Belə ki, bu barədə süjet Türkiyənin “Haber Global” telekanalında yayımlanıb.

Daha sonra muğamı ifa edən Kənan Bəşirli ilə görüşən H.Hacıyev öz səsi ilə onu kövrəldən gənc xanəndəyə təşəkkür edib.



 





28.11.2020    çap et  çap et